03.12.2024, 21:39
AZ EN
24.01.2024, 16:32 207

Armine gözləyir

YAZILAR
  • Düz deyirəm, işdi-şayət hayların baş naziri Nikol 2018-ci ildə hakimiyyəti ələ alandan 1 il sonra başını qatmaq üçün Şuşaya gəlib Arayikin çaxırından içib başını itirməsə idi, bəlkə də, heç qatıqlamazdı. Amma içdi və elə o gün də vaxtilə Azərbaycanla sülh barədə danışıqlara gedəcəyini bildirən başını keçmiş iş yoldaşı, indiki spikerin qayanası Armine Ohanyana icarəyə verib öz çiynində Fransa senatındakı haysevərlərin birinin başını, kəlləsini də demək olar, qoymasa idi, indi dədəsinin goru söyülməzdi.

Bax həmin o Armine o gün olmaz ki, Nikolu quru yuyub yaş sərməsin, çünki çiynindəki paşikin bir vaxtlar həqiqət carçısı olan başıdır. Həmin bu Armine bu gün yazıb ki, qızının əri Alen yəni hay parlamentinin sədri Alenə Nikol gözağartması verib, deyib ki, ay dığa, qaynanana de Fransaya söz atmasın, deməsin ki, o, bizə gün ağlayan deyil, gərək yenə rusun ətəyindən yapışaq, yoxsa "yerazlar" gəlib burada konyakdan vurub gözəl qızlarımızı iranlılar kimi siğə edəcəklər. Onlar da müsəlmandır axı. Söz Alenə toxunub, deyib ki, özün də gözəl, göyçək xanımsan, bir yeraz da səni seçsə razı olarsanmı?  Armine dinləyib, dərin fikrə gedib, gəncliyini, ermənicə erməni kimi danışan bir türkü xatırlayıb və ürəyində deyib ki, kaş yerazlar tez gələlər...

Nəsib

Oxşar xəbərlər