08.09.2024, 05:35
AZ EN
03.10.2023, 12:00 326

Polyak da haylıq edir

YAZILAR

Fransızın, farsın erməni sevdalısı olub onları hər cür dəstəkləməsi çoxdan məlumdur. Amma Tomas Lex Buçek adlı polyakın özünə ermənişünas yamağını vurub Azərbaycanın və Türkiyənin əleyhinə ermənisayağı iftiralar yağdırmasını "Hraparak"ın bu günkü yayımında gördük. Soyadındakı "ek"i bir yana atsa xarakterinin əsil erməni sözünün hərfi mənası ilə tam uyğunluğu üzə çıxar. Dediyinə görə, dəfələrlə Ermənistanda və Qarabağda olan bu erməni xislətli polyak türklərə lap uşaqlıqdan kin- küdurət bəsləyir. Deyir ki, əgər türklər ,o cümlədən türklərin qurduğu Qızıl Orda dövləti olmasa idi, polyak panlar Urala qədər olan əraziyə sahib olardılar. 44 günlük müharibədə və cəmi bir günlük lokal antiterror əməliyyatında ermənilərin başını əzən qüdrətli Azərbaycan ordusunun döyüş taktikasını da düşmən sayağı dəyərləndirən bu haybaş polyak həmin taktikanın dünyanın hərbi dərsliklərinə salınmasını da həzm edə bilmir. 106 yaşlı erməni qarının Qarabağdan Ermənistana köçməsinə isə əsl erməni kimi göz yaşları axıdır. Deyir ki, o, tezliklə gəbərəcək, amma Qarabağda basdırılmayacaq. Bu haybaşa demək istərdik ki, həmin qarı öləndə apar elə sənə erməni tərbiyəsi verən ananın yanında quyla, qoy orada ermənicə dərdləşsinlər, sən də hayca de: buç  ek!

Nəsib

Oxşar xəbərlər