21.11.2024, 22:02
AZ EN
28.12.2022, 15:44 461

Ermənistan bacılarına yalvarmağa öyrəncəlidir

YAZILAR

Baş nazir N.Paşinyan Moskvaya gedib orada büzüşə-büzüşə Putinə şikayət edəndən sonra düzəməlli cavab almayıb suyu süzülə-süzülə İrəvana qayıdıb. O, hələ təyyarədən düşməmiş ermənilərin müxalif mətbuatı elə vay-şivən qoparıb ki, bacıları İranla Fransa da dəsmal götürüb İrəvana gəlmək istəyiblər. Amma deyiblər ki, oradakı səfirlərimiz yasa getsələr daha yaxşıdır. Fransanın səfiri tez öz feysbuk səhifəsində haylara ürək-dirək verərək deyib ki, neçə-neçə deputat, alim ermənilərə kömək etmək üçün çürük makarona yox, e Makrona yenə xahiş məktubu göndəriblər. «Bever» («Qütb») Antirusiya təşkilatı isə haylara müraciət edib ki, biz deyəndə inanmırdınız, gördünüzmü ağ türk olan ruslar nə «arsax»lıları, nə də Ermənistan iqtidarını vecinə almır. Gərək yenə İrana, Fransaya yalvaraq ki, bizə bacılıq eləsinlər. Xameneyiyə də yalvaraq ki, bir fətva versin işlərimiz düzəlsin. Ermənistanın ictimai televiziyasını və «Azadlıq» televiziyasının erməni xidmətini də türkə, Azərbaycana işləməkdə suçlandıran qütbçülər məhz erməni olduqlarına görə qanmaq istəmirlər ki, «Azadlıq» televiziyasının təsisçisi ABŞ-dır və onun özünün qanun-qaydası var. Amerikalılardan maaş alıb dələduz Rubeni tərifləmək demokratiyaya uyğun olarmı?

Moskvadan üzüqara, dili gödək qayıdan Paşinyan bu gün dekabrın 28-də ermənilərin güllələdikləri Karen Dəmirçyan adına idman və konsert salonunda keçiriləcək «zəmanəmizin qəhrəmanı» adlı tədbirdə öz komandası ilə iştirak edəcəyini ağzından qaçırdıqdan sonra müxalif haylar daha çox vay-şüvənə başlayıblar. Deyiblər ki, qəhrəmanımız Montenin başını kəsən azərbaycanlılar indi də yolu kəsiblər. Yeni il gəlir, rus əsgərləri araq-çaxırdan vurub yatışsalar vay «arsax»lıların halına - azərbaycanlı ekofəallar tez Xankəndiyə cumub qızları «özəlləşdirəcəklər».

«Hraparak» isə ağlaya-ağlaya yazır ki, mağazalarda ərzağın az olmasına görə Ermənistan rəsmiləri bu məsələnin həlli üçün də iranlı bacılarına göz yaşı dolu müraciət göndəriblər. Molla rejimi isə deyib ki, bizim maşınları da Xankəndiyə buraxmayacaqlar. Yaxşısı budur sizə verdiyimiz PUA-lardan bir neçəsini atın azərbaycanlılara dağılışsınlar, biz də əvvəlki kimi gediş-gəliş edək, bacılığımızı daha da möhkəmləndirək. Ay dağıldıq ha, qoy onlar öz bacılıqlarını davam etdirsinlər, biz isə bizi dəstəkləyənlərlə qardaşlığımızı.

Nəsib QARAMANLI 

Oxşar xəbərlər