Bax həmin bu qurumdakı, bizim kəndlilər demiş, hansısa ala-vələ deyib ki, Güney Qafqazda ən çox Türkiyə, İran və Rusiyanın marağı var. Amma Hindistanla Ermənistan arasında bağlanan hərtərəfli sazişlərə görə Hindistan da bölgəyə marağını hay qohumlarının maraqları ilə tam eyniləşdirib. O da İran yelbeyinləri kimi deyir ki, qoymarıq "Zəngəzur dəhlizi" ideyası reallaşsın, elə hay-küy salarıq ki, haylar özləri də mat qalar. İndi fikirləşirsən ki, əcaba, bu bacıların, görəsən, bir qardaşı yoxdurmu ki, təpinə, deyə ki, kişilərin işinə qarışma, arvadsan arvad yerində otur.
Nəsib