24.05.2025, 11:18
AZ EN
12.02.2025, 13:06 219

Kaçaplar yenə hay-küy salır

YAZILAR
  • Ukraynalıların moskal, kaçap, bizim dildə qəssab adlandırdığı rusların bir adəti budur ki, ayaqlarına tikan da batanda "samaqondan" gilləyib elə hay-küy salırlar ki, az qala yeni dünya müharibəsi olsun.

Elə ki, bir az keçdi, ağıllarına başqa şey gəlir, deyirlər ki, bax bu tikanı ya filankəs basdırıb, ya da elə özü qəsdən ayağımıza batırıb, sonra da başlayırlar özləri demiş, baltat eləməyə. Bu da işə yaramayandan sonra  bir az da vurub deyirlər ki, ayağıma batan tikana görə, tı doljen denqi davat, yəni sən pul verməlisən. Qarşıdakı isə dəliyə baş qoşmazlar deyib ona bir az pul verib deyir ki, na, idi paxmelis i bud çelovekom, yəni get paxmel edib adam ol. O elə də edir, amma adam olmaq yenə yadına düşmür. Naxçıvanlı dostum demiş, düşməz, da, bə. Çünki onların totemi ayıdır, amma ayı qanar, onlar qanmaz. Bax həmin bu moskalların Baluyev kimi başı boş yekəbaşları neçə gündür hay sayağı hay-həşir salıblar ki, Bakıda "Rus evi"ni bağlayıblar, Şimaldakı ağ ayı da bilir ki, bu niyə belə olub, amma onları totem edənlər qazaxlı dostum demiş, qanmer ki, qanmer. Tahirə xanım da burda deyil ki, bu qanmazların təpəsinə bir yox, lap üç ətək kül ələsin ki, bəlkə, başlarına ağıl gələ.

Nəsib

Oxşar xəbərlər

SON XƏBƏRLƏR