21.11.2024, 18:08
AZ EN
17.02.2023, 12:25 410

Növbəti erməni səhvi, yoxsa adətkarlıq?..

YAZILAR

Bu hayların dilini və xasiyyətini bilənlər onu da bilirlər ki, bircə gün yalan danışmasalar, fars bacıları nə qədər fətva versə də, firənglər ağızlarına çaxır töksə də, sabaha salamat çıxmazlar. Onlar Azərbaycan Milli Məclisinin sədri Sahibə xanım barədə bu gün elə yalan yazıblar ki, adam az qalır İrəvana gedib "Hraparak"ın rəhbəri Arminedən yeznəsi, hay parlamentinin sədri Alenə şikayət edib desin ki, sən o ikinci Qareginlə birinci Xamneyninin canı, qaynanana de ki, düzəliş yazdırsın. Axı, bu il MDB parlament sədrlərinin zirvə toplantısında sənin səsini kəsib həqiqəti deyən və qəbul etdirən Sahibə Qafarova idi. Qaynanan isə yazdırıb ki, Azərbaycan Milli Məclisinin sözçüsü, yəni mətbuat katibi Sahibə Səfərova Rusiyada dövlət dumasının sədri Vyaçeslav Volodinə deyib ki, Ermənistan-Azərbaycan sərhədində avropalıların hansı iti azıb. O da deyib ki, darıxma, qoy gəlsinlər, görərsən, onların başlarına hansı itin oyununu açacağıq.

Alen, axı sən də, mətbuatınız da, o üzü-gözü  gözəl, amma içi qara qaynanan da, elə türk dediyiniz Nikol da əgər Azərbaycanda Milli Məclisin sədrinin adının Sahibə xanım, soyadının Qafarova olduğunu bilmirsinizsə, dünyaya ixrac etdiyiniz yalanları hardan tapırsınız? Canınız çıxar, bir fərli tərcüməçi tapıb adam kimi işlədəsiniz?

NƏSİB

Oxşar xəbərlər