10.10.2024, 15:30
AZ EN
26.04.2023, 14:20 245

Ermənilər satqın doğulur

YAZILAR
  • Ermənilər elə bilər ki, bunu mən deyirəm, tez gedib ora-bura şikayət edib ağlayar, elə deyil. Bu sözü özlərinin parlament sədrinin orta boylu, almagözlü, qarasaçlı, qaragözlü qaynanası Armine Ohanyan deyib, özü də düz 24 apeldəki "çeğaspanutyun" deyilən erməni milli şousunda.

Hələ bu nədi? Bax bu, baş redaktor qaynana hələ 5-6 ay əvvəl "Ermənilər anadan bədbəxt doğulurlar" başlıqlı bir baş məqaləsində türklərlə erməniləri xeyli müqayisə etdikdən sonra yazmışdı ki, ermənilər anadan bədbəxt və qorxaq doğulurlar və Nikol demiş nöqtə.

Onda xeyli hay-küy düşdü. Armine isə dedi ki, atılıb düşməyin, mən tarixi faktlara əsasən demişəm. Burda xoruzlanınca gedin Qarabağda bir yerə bir mina basdırın.

Onda həmin erməni mənşəli qurbağa gölünə elə bil bir yekə daş atıldı, heç çıqqırları da çıxmadı.

Fransanın baş, İranın köməkçi dirijorluğu ilə keçən bu ilki 24 aprel şousunun Armineyə kimsə nə təhər, necə deyibsə ki bəs burda iqtidar müxalifəti, müxalifət iqtidarı, ata oğulu, oğul atanı və s. satqın adlandırır, bu belədir ya yox, ay spiker qaynanası?

Armine deyib ki, atası Göyçədən olan sabiq deputat və indi İranı qarışdıran Etibar Məmmədov demiş, mən demişəm və yenə deyirəm: ermənilər anadan bədbəxt və qorxaq doğulurlar, bu gün isə  həmin fikrimə əlavə edib deyirəm ki, həm də satqın doğulurlar.

Mən indi bu qaragözlü, qarasaçlı qadına nə deyim? Bravo, yoxsa mersi?

Nəsib

Oxşar xəbərlər