O, yazır: «Paşinyançı qruplar elə başa düşürlər ki, dövlət atributlarına dair nişanları gəzdirməklə iş bitir. Onlar dövləti yox, öz stullarını qoruyurlar».
Brüsseldəki görüşü də qərəzliklə dəyərləndirən erməni deputat xalqı iqtidarın istefasına nail olmağa çağırır. O, özünü əsil erməni vətənpərvərlərindən biri hesab etdiyini təkrarlayaraq vurğulayıb ki, əgər iqtidar istefaya getməsə, «təkcə «arsax» deyil, Ermənistanda türkləşəcəkdir».
Digər müxalif ermənilər də Paşinyanı erməni dilində danışan türk adlandıraraq deyirlər ki, o, Ermənistanı türklərə güzəştə gedəcək və türk tarixində hörmətlə anılacaq. Nə deyirik, təki belə olsun!
Nəsib QARAMANLI