03.12.2024, 22:02
AZ EN
23.01.2024, 16:29 277

Ermənilər itə görə dalaşıblar

YAZILAR

Bizim bəzi aşıqların sözü qurtaranda neynim-neynim dediyi kimi ermənilər də danışmağa söz tapmayanda it kimi bir-birlərinin üstünə cumurlar və  boğuşmalarını heç Fransa senatı da ayıra bilməz. Mənası meydan olan "Hraparak" bu gün yazıb ki, İrəvanda Papazyan və Komitas küçələrinin kəsişdiyi yerdəki gül mağazasının sahibi ilə bələdiyyə üzvü itə dönüb bir-birini elə qapıb ki, polisə düşüblər. Bələdiyyə üzvü Vazgenin goruna and içib deyib ki, gül almaq üçün mağazaya girmək istəyirdim, bu gülsatan itləri üstümə fitlədi, zorla qaçıb mağazaya girdim. Sonra da dedim ki, bu sahibsiz itlər camaata təhlükə yaradır. Gülsatan gül ağzını açıb elə sözlər dedi ki, bəlkə də, babam gordan xortlayıb bura gəlir. Gülsatan isə öncə Vazgenin, sonra Makronun babasının goruna and içib ki, itlər sahibsiz deyil, özüm saxlayıram ki, mən ora-bura gedəndə oğurluq olmasın, bunlar it deyil ki, qaravulçudur. Bələdiyyə üzvü iki ayağını bir ayaqqabısını dirəyib deyib ki, itdir və nöqtə. Gülsatan isə ona bir şapalaq ilişdirərək deyib ki, it atandır və nida.

Bax beləcə bir-birini xeyli didiblər. Polis isə gülsatanı cərimələyib və itləri maşına yığıb harasa aparıb.

Deyirlər, it itin ayağını basmaz, amma ermənilər itlərin bu xüsusiyyətini öyrənə bilmirlər. Ona görə də  bir-birlərinin ayaqlarını həm basır, həm də dişləyirlər. Yəqin Fransa senatı bu məsələyə də baxacaq və türkləri günahkar hesab edib bir qərar qəbul edəcək.

Nəsib

Oxşar xəbərlər