Rusiyadan boşanıb Avropa ilə keşiş kəbini kəsdirmək istəyən həyasızstanda Karen Martirosyan adlı bir müxbir var, işlədiyi qəzetin baş redaktoru hayların parlamentinin sədri Alen Simonyanın qayınanası Arminedir. O yanvarın 24-də "4 milyon haydan 1,5 milyon qalıb. Ölkədə biznes xalqdan üstün tutulur" başlıqlı yazı yazıb və Armine saytda da yerləşdirib. Karen yazır ki, 1992-ci ildə ölkədə 4 milyon hay vardı, xeyli də rus, yəzdi, aysor. Çətinliklər yarandıqca, biznes irəlilədikcə onlar başqa ölkələrə çörək qazanmağa getməyə məcbur oldular. Nə Robert, nə Serjik demədi ki, getməyin, iş yeri açıram, qalıb işləyin. Onlar gecə-gündüz biznes mühiti yaratmaq üçün dəridən-qabıqdan çıxdılar, dövlətdən qamarladıqları pullarla nələr etmədilər ki: restoran, ticarət mərkəzləri, istirahət kotteclərin və s.və i.a. camaat da acından gəbərməmək üçün illərlə qaça-qaça başladı və bu yenə davam edir. Azərbaycanla sərhəd kəndlərdən də qaçış yarışı başlayıb...
"İndi orduya aparmağa adam da qalmayıb"-deyə Nikolu da topa tutan Karen onu da deyir ki, bir də gördün ölkə haylardan boşalıb və burada türklər məskunlaşıb. Nə deyirik, təki Karo deyən olsun! Amma Armine qalsa, yaxşı olardı. Gözəl-göyçək qadındı, ondan “intervyu” alardım.
Nəsib