08.09.2024, 07:21
AZ EN
28.06.2024, 14:21 287

Keşiş gəzintiyə çıxıb

YAZILAR
  • Ermənistanın özünü "Vətən naminə Tauş" adlandıran müxalifət hərakatının başçısı Bağrat Qalustyan İrəvanın istisində başı gicəlləndiyindən baş götürüb sərin havalı Zəngəzur gəlib. Qabaqcadan da tapşırıb ki, bax, hara getsəm bir xeyli adam yığıb toğludan, qoyundan nəyə gücünüz çatırsa kəsin ki, Nikolun bağrı çatlasın. Zəngəzurdakı keşişsevərlər isə bir-birinı muşduluqlayıblar ki, yaxşı edib gəlir, bulaqların başında dəmlənərik, onsuz da pulunu Bağratın Moskvada böyük biznesi olan qardaşı verəcək.

Bu xəbəri eşidən "Hayastan" blokunun bir neçə üzvü də Zəngəzura üz tutub.

Keşiş Meğridə, Kacaranda Paşinyanın ünvanına qarğış etdikdən sonra əməlli-başlı yeyib içiblər. Sabahsa o, Qafana gedəcək və İranın oradakı konsulu ilə görüşüb fikir mübadiləsi aparacaq. Bu xəbəri deyən erməni sonra, nədənsə and-aman edib ki, keşişin bölgəyə Sovetdən qalma "Zil" maşında gəlməsini mətbuata o, deməyib, İranın konsulluğunun erməni süpürgəçisi deyib və burda dava salmalı heç nə yoxdur.

Nəsib

Oxşar xəbərlər