Hayların bir məsəlində deyilir ki,çox içən erməni erməni ha deyil, o ya müsəlmandır, ya da müsəlman olmağı qərarlaşdırıb. Bir vaxtlar Şuşada Cıdır düzündə dəmlənib şıdırğı süzən Nikolu indi ermənilər topun lüləsinə qoyub düz Tehrana atmaq istəyirlər ki, gedib orada istədiyini eləsin, təki baş nazir olmasın. "Hraparak" qəzeti də bu işin başında durandır. Qəzet "Baş nazir üçün 2 şüşə viski, 1 şüşə rom" başlıqlı məqalədə yazır ki, etibarlı mənbəyə görə Nikol çoxdan halından çıxıb. Onun kabinetində həmişə viski, rom olur. İstədiyi vaxt azı 100-150 qram içir, tez-tez də konyak zavodundan ona yenicə hazırlanmış içki gətirirlər ki, dərəcəsini, dadını yoxlasın, yəni ekspertlər məharətini göstərsin. Qəzet daha sonra bildirir ki, xarici ölkələrin rəsmiləri İrəvana gələndə isə onun üçün hədiyyə kimi xüsusi içkilər də gətirirlər. Bu hayların heç qanacağı yoxuymuş ki, bilmirlərmi ki, qonaq gedəndə pay aparılır. Bunlar bir yana, qəzet əlavə edib ki, bu ilin dövlət büdcəsində nazirlər kabinetinin xərcləri bölümünə, daha dəqiq desək, baş nazirin gündəlik xərcləri siyahısına 2 şüşə viski, 1 şüşə rom almaq üçün də pul ayrılıb, daha sonra vurğulanıb ki, 250 qramlıq viski 25 min, 500 qramlıq rom isə 32 min dramdır.
Bəs görəsən, bu faktı haradan ötürüblər? Bəlkə, "Hraparak" ın baş direktoru Armine Ohanyanın kürəkəni və parlamentin sədri olan Alen Simonyan dilini dinc qoymayıb? Özləri bilər.
Nəsib