Bilmirəm, elədir, ya yox, amma hayların "Hraparak" mediasında öz gözlərimlə oxumuşam ki, Hasmik Babacanyan adlı bir erməni jurnalist "Və səma ermənilərin başına töküldü" başlıqlı məqaləsində yazıb ki, baş nazir Nikolun əvvəlcə məşuqəsi, sonra həyat yoldaşı olan Anna Hakopyan hara gedirsə rəfiqələrindən birini özü ilə aparır. İkisi də mənəviyyatdan elə danışır ki, elə bil Surp Sərkisdən dərs alıblar. Ermənilərinsə hamısı ağzını açıb dinləyir, elə bil qulaqları ilə deyil, yalnız ağızları ilə eşidirlər. Anna da, rəfiqələri də həmişə bir-birinə deyir ki, Դուք սեր էք ( duk ser ek), yəni siz sevgisiniz. Müxbir ha əyləşib ki, bu xitabın mənasını tapsın, amma hayların özləri demiş, araba yerindən tərpənməməyib. Hasmik tənbəllik eləməyib düz 40 dəfə keşişin yanına gedib ki, bəlkə, o, bilər. Amma yenə tapılmayıb ki, tapılmayıb. Axırda Qarabağdan köçən bir yaşlı qadın ona deyib ki, ay Hasmik, "siz sevgisiniz" o deməkdir ki, siz işləyib muzdunu almayansınız, yəni sizə yaxşı dolanışıq, dinclik, əmin-amanlıq, sülh yox, Fransadan, İrandan gələn vədlərlə dolu dəstək gərəkdir. Həmin o, Qarabağdan köçən qadın sonra deyib ki, Hasmik, biz orda olanda tez-tez deyirdilər ki, siz sevgisiniz, müqəddəssiniz, heç vaxt türklərlə bir yerdə yaşaya bilməzsiniz, yerinizdə möhkəm olun. Biz də inandıq. Amma ötən ilin sentyabrından sonra başa düşdük ki, biz sevgi yox, beyni yuyulmuş insanlarıq, bütün ermənilərin başına isə nə pis əməl varsa səmadan, tökülüb.
Bax bunu düz demir, axı hayların başına səmanın özü yox, bizim Tahirənin tökdüyü kül tökülüb.
Nəsib