18.10.2024, 12:12
AZ EN
13.02.2024, 16:04 237

Oyna, gülüm, oyna

YAZILAR

Hay deyilən tayfaya dövlət quranlar yaxşı bilirlər ki, onlar öz havaları olmadığına görə özgə havalarına süzməyi lap yaxşı öyrəniblər. Amma sonra deyirlər ki, oynadığımız hava bizə lap qədimdən tayfa mirası qalıb. Nəysə, nə qələt eləsələr də, başlarına nə qədər qapaz, yumruq dəysə də dəyişmirlər ki, dəyişmirlər. Bir vaxtlar şimaldakı qonşularımızın havasına süzüb onlara "media axber", yəni böyük qardaş deyən bu haylar indi də özlərinə yeni-yeni bacılar tapıblar, özləri də deyirlər ki, bacı qardaşdan yanımcıl olur. Yenə deyirik ki, nə qələt edirlər etsinlər, təki şərlərini uzaq etsinlər. Amma olmur ki, olmur, keçinin ölümü gələndə çobanın çomağına sürtüşən kimi bu haylar da başları yumruq istəyəndə türkün bostanına daş atırlar və sonra başlayırlar ki, ay haray qoymayın türklər anamızı ağladır. Bax həmin bu tayfanın baş naziri deyilən Nikolun da əsl hay başı var, amma  özgələrinin havasına oynamaqla yanaşı həm də o havanı haylaşdırır, yəni bu gün dediyi sözü, oynadığı havanı sabah dəyişir. Bir vaxt Şuşada Bako Sahakyanla, Arkadi Quqasyanla və neçə-neçə hayla türklərdən oğurlanmış "Yallı"nı qolu-qıçı kəsilmiş halda oynayan Nikol indi hansısa havaya görə deyib ki, yeni reallıq yeni siyasi kurs tələb edir, yəni yeni havaya oynamaq lazımdır və oynayır da. Özü də gözü o qədər qızıb ki, deyir ki, Avropa, xüsusilə Fransa nə qədər və necə istəyirsə elə də oynayacağıq. ARM NewsHourdakı Nane İsrailyan adlı jurnalist ona deyəndə ki, Paşik sən başını icarəyə verdiyin Fransa kor deyil ki, Hayastandakı rus ordusunu görməsin, görür, hələ bir titrəyir də. Gəl dəlilik etmə, Azərbaycanın sözünə bax, müqavilə bağla, rus da sənə "molodes" desin. Yoxsa, bir gün sən də Bakıda çay içəndə bir "yeraz" sənə deyəcək ki, ay dığa, Şuşada bizim "Yallını" oynayırdın, indi dur yenə oyna. Bax, onda sən nəsə oynayacaqsan, həmin "yeraz" isə çırtıq çalıb deyəcək ki, oyna, gülüm, oyna!

Nəsib

Oxşar xəbərlər