21.11.2024, 18:28
AZ EN
23.02.2023, 10:55 361

Ruben dalandan çıxa bilmir

YAZILAR

Üç il öncə rus mətbuatına verdiyi müsahibədə özü demiş, bir təsadüf nəticəsində erməni qızı ilə deyil, metis qadınla evlənib onun qohumlarının pulu ilə alverə edib bir neçə ildən sonra milyardçı olan, ötən il isə Xankəndidə separatçılarını başçılarından birinə dönən Ruben Vartanyana müdiri Araik nə təhər təpinibsə, səni 2-3 gün sonra iti qovan kimi elə qovacam ki, türklər daha nə mənim anama, nə də Nikolun Annasına söyməsinlər deyibsə, Rubo mal kimi susub. O vaxtdan 7 gün keçib, Aro onu kabinetdən qovub, amma "əmrini" hələ verməyib. Kristina yazır ki, İrandan ona zəng edib deyiblər ki, Ruben bizdən çox dron alıb İvana verir, onlar da xaxollara atıb sevinirlər. Rubeni sən çıxartma, vaxtı gələndə özümüz fətvasını verəcəyik, ay dığa, bizi eşitməsən fətva verərik özün gedərsən, Xankəndiyə isə türklər girər. Aro hələ düşünür ki, bəlkə, Ruben özü ərizə yazar, o isə bürüşüb gizləndiyi dalandan çıxa bilmir. Kristina deyir ki, onu oraya zəncirlə bağlayıblar.

Nəsib

Oxşar xəbərlər