Bax bu qaragözlü, qarasaçlı, qara qaşlı gənc qadın Qərbi Azərbaycandakı hay toplumunun parlamentində insan haqları komissiyasının sədri seçilərkən deputatların bəziləri demişdilər ki, onun ali təhsili yoxdur, kolleci, yəni sovetlər dövründə texnikum deyilən yeri bitirib, gəlin hüquqşünası sədr edək. Bax onda bu qaragözlü, qarabaşlı və qara qaşlı qadın demişdi ki, məsələ diplomdan deyil, qanıb qandırmağı bacarmaq lazımdır. Bu sözdən sonra hay deputatlar onu komissiya sədri etdilər.
Adı Takuhi, soyadı Tovmasyan olan bu deputat hərdən elə şeylər deyir ki, adam istəyir ruslara pul verib onu yanına gətirib dərsini versin.
Ona deyək ki, ay qadın Seyran Ohanyan sənə TT tapançası deməkdə qələt edir, sənin dilin kalaşnikov avtomatdan da sürətlidir, bizim əleyhimizə elə sürətlə və yalan dolu danışırsan ki, hətta Arminenin spiker kürəkəni Alen sənə irad tutur.
Bu TT-nin fevralın 2-də "Lurer.com" da yayılmış sözləri də tam hap-gopdur, azərbaycanlı ekoaksiya fəallarının qarasına o qədər qara fikirlər deyir ki, məncə, ağlı başında olan hay varsa inanmaz.
TT Avropa Şurasına bir hay mersisi də göndərir və sonra qadına xas olmayan gəvəzəliklə hayların "haqqının" pozulduğunu höccələyir. Deyir ki, müharibə bitməyib, sadəcə atəşkəs elan olunub, onu isə azərbaycanlı əsgərlər gündə pozub dığalarımızı qırırlar ki, axçiləri özləri qamarlasınlar. Gərək bütün dünya bizə yardım etsin, axı biz hayıq.
Nəysə, onun yalan, böhtanlarını saymaqla, deməklə bitən deyil. Bu qaragözlü, qarasaçlı, qaraqaşlı qadının qarayaxmalı, qara niyyətli olmasına bircə beyt demək lap yerinə düşür:
İnsan yox, haysan -
Tülküyə taysan!
Nəsib