O, Nikolu da, Nikolun müdafiə naziri təyin etdiyi Sureni də, Surenin təyin etdiyi 2-ci korpus komandirini və s. yüksək vəzifəli zabitləri insan yox, axura bağlanmış heyvan adlandırıb və deyib ki, onların yemlərini sorosçular verir. İran, Hindistan və digər türk düşmənləri hayların gözəl qızlarının xətrinə taylaşıb-haylaşıb nə qədər silah-sursat versə də, Hayastanda normal ordu olmayacaq və bir də görərsən ki, türklər Azad kəndi bir yana, lap elə Basarkeçərə, sonra da lap elə İrəvana gəldilər və dedilər ki, ay haylar - eşi taylar, biz qayıtdıq!
Ondan sonra hara gedək: İranamı, Fransaya, ya da lap-lap ulu babalarımız qaçıb gəldiyi Hindistanamı?
Həmin qadın lap axırda deyib ki, yanğının baş vermə səbəbləri barədə hərə bir şey deyir. İstintaq komitəsi isə deyir ki, hamısı qələt edir, məxfi istintaq gedir, qurtarıb başa çatdıqdan sonra açıqlama verib sizi məlumatlandıracağıq....
Nəysə, gözləyək, görək bu xəbəri yayan "lurer.com" nə vaxt yazacaq ki, Nikolu və komandasını axurdan açıb buraxıblar. Bir də ki, bizə nə, açacaqlar, ya yox?..
NƏSİB