08.09.2024, 07:24
AZ EN
06.02.2023, 14:06 310

Nikolu topa tutublar

YAZILAR

Qərbi Azərbaycandakı hay toplumunun baş naziri karvansaralı Nikolun bir sinif yoldaşı videoçarxda ağzını açıb, gözünü yumub elə şeylər danışıb ki, müxalifətin çiçəyi çırtlayıb və tez fürsət toplarının lüləsini doldurub atışa hazır duruma gətiriblər. Birdən deyərsiniz ki, əşi, bizə nə, haylar bir-birini topa, ya sapanda tutur. Amma biləndəki, Nikolu bu dəfə bizə görə topa tutublar, yəqin soruşarsınız ki, biz nə etmişik? Bax, məsələ də elə bundadır. Onun sinif yoldaşı deyir ki, Nikolun atası Vovanın adı dəyişdirilib Geğarkuni olan Göyçə mahalında bir türk dostu vardı. Ta Qarabağ münaqişəsinə qədər hər yay Vova və ailəsi həmin türk dostunun evində azı 10 gün dincəlirdi, gündə bal, qaymaq, kabab, çolpa yeməkdən Nikol əməlli-başlı kökəlirdi. Özü də sırf göyçəli ləhcəsində xeyli söz öyrənmişdi, birindən xoşlanmayanda elə göyçəlilər kimi söyürdü. Uşaqlar isə cırnatmaq üçün ona Türk deyirdilər. Elə ki, göyçəliləri də qovduq, bir neçə gün Nikolun burnu yerlə süründü, iştahı da qaçdı. Onu həkimə apardılar, sağaldı.

Nikola ona görə türk deyirlər ki, uşaqlığı türk içində keçib. O vaxt öyrəndiyi sözləri isə hələ də unutmayıb.

Bax, elə bu videoçarxdan sonra Nikolun düşmənləri daha da qızışıb ki, fürsətdir hücuma keçək, keçiblər də. Amma düz 4 ay "Nikolsuz, türksüz Hayastan" deyə gecə-gündüz bağırsalar da Nikol tərs damarına salıb heç yana getmədi, dedi ki, mənim dediyim dedikdir, vəssəlam. Yeri gələndə sizi Qaraqoyunludan axan Tərsçaya töküb Azərbaycana yola salaram, Ağstafada sizi tutub damlayarlar ki, ay hay-eşşəyə tay, burda nə ölümün var. Bax, onda müxalif haylar fars, frəng bacıları ilə məsləhətləşib dillərini İranla Fransaya icarəyə verdilər. Eləki Nikol tvitterdə yazdı ki, Türkiyə və Suriyada zəlzələ nəticəsində ölənlərin ailəsinə başsağlığı verirəm və Ermənistan onlara yardım etməyə hazırdır, müxalif haylar öz dillərini icarədən geri götürdü, bu xəbəri siyasət donu ilə bəzəyib yaydı, əlavə də etdi ki, uşaqlığı türk içində keçdiyi üçün türklərə canı yanır, gərək istefaya getsin.

Sizcə, indi Nikol nə fikirləşir? Yəqin deyir ki, gərək o sinif yoldaşımı vaxtında Tərsçaya atardım.

Nəsib

Oxşar xəbərlər