18.05.2024, 10:49
AZ EN
07.02.2023, 14:05 303

Aro həm də oğrudur

YAZILAR

Türkün şənliyinə görə yasa batan, faciəsinə sevinib meymuna dönən hayların zatbazatı da meymun olub. Yaltaqlıq, qorxaqlıq, oğurluq və s. qeyri insani duyğular onların tayfa mentalitetlərinə elə girib ki, qanlarını lap əsgərlərinin tazikinə axıtsaq da xeyri yoxdur, hay haylığında qalır və qalacaq da. Amma Paşinyan demiş, vətən, xalq, mədəniyyət, düzlük barədə pafoslu danışmaqda ustadırlar. Moskvadan sülənə-sülənə Xankəndiyə gələn robik də, separatçı banda başçısı Aro da, bax, əsil haydılar. Qaragözlü, qarasaçlı jurnalist Kristina demiş, həm də qanuni oğru yox, əlaltı oğrudurlar. 44 günlük müharibədə bizim əsgərlər haylara-eşi taylara nə toy tutdusa hələ də qaşınırlar, frəng, fars bacıları tumarlayıb xoş söz deyəndə isə  daha da qaşınırlar. Yaxşı ki, Kristina olan yerdə cıqqırları çıxmır, çünki bu qaragözlü, qarasaçlı qadın onların cikinə-bikinə qədər bilir. Kristina videoçarxda elə bu yaxınlarda Aronun daha bir oğurluğunun üstünü açıb və Aro nə qədər pul vermək istəsə də,ona xox gəlsə də Hayastana car çəkib ki, Araik Harutyunyan oğrudur: o, 44 günlük müharibə zamanı Hayastanın Xankəndidəki bandaya bağışladığı 15 ədəd dövlət nömrəli maşını Aro Eçmiədzin bölgəsindəki bir sıx meşəlikdə gizlədib və oraya 3 nəfər qarovulçu da qoyub. Sonra isə Nikola deyib ki, Vazgenin çürümüş goru haqqı həmin maşınları Azərbaycanın bozqurtları ələ keçirib, yəni qənimət götürüblər. Nikol da inanıb və belə fikirləşib ki, Putinə yalvarıb yaxarıb o maşınları gətirdər. Aşıqlar demiş, elə bu dəmdə Aronu ağlamaq tutub, deyib ki, həmin maşınları qaytarmayacaqlar, Qənimət parkına da qoymayacaqlar, çünki kimsə üstünü cızar, o maşınları satıb Qarabağdakı abadlıq işləri üçün xərcləyəcəklər.Aradan iki gün keçməmiş polisin böyüyü Nikola məruzə edir ki, mənə muştuluq düşür, filan yerdə 15 dənə təptəzə maşın tapmışam, Nikol sevinir və deyir gətir, sözün yalan olsa səni, burdan qovduğumuz qaraqoyunlu türklər demiş, ayağımın altına salıb mal balası kimi çığnayajam!

İki gündən sonra maşınları gətirəndə görüblər ki, Aroya təhvil verilən maşınlardır, bəs Eçmiədzinə necə gedib?

Aronu çağırıb soruşanda isə o bu işlərdən xəbərsiz olduğunu sübut etmək istəyib. Amma maşınlara gözətçi olanlar açıb sandığı, töküb pambığı və yenə amma, Aronun yerinə həmin gözətçiləri damlayıblar. İstintaq isə davam edir. Qaragözlü Kristina deyir ki, gözətçilər müqəssir deyil, ağa deyib sürün meşəyə, onlar sürüblər. Nə biləydilər ki, Aro oğrudur. Öz aramızdır, qaragözlü Kristina düz deyir.

Nəsib

Oxşar xəbərlər