21.11.2024, 17:30
AZ EN
16.01.2024, 14:01 266

Reqina Roberti quru yuyub yaş sərdi

YAZILAR
  • Xocalı qatillərindən biri, adı Robert, soyadı Köçəryan olan bir hay dığası düz 10 il Ermənistanda prezidentlik edib. Özü də bu vəzifəyə gəlməzdən öncə orada "Qarabağ klanı" deyilənləri uşaqdan böyüyə hamını əmin etmişdi ki, meydana axışıb Levonu qovsanız, özüm hər şeyi həll edəcəm. Levonu qovdular, amma heç nə dəyişmədi, Robert isə elə varlanır ki, gözü ayağının altını da seçmədi.

Bu sözləri mən demirəm, Reqine Parzyan adlı bir jurnalist ARM NewsHour-a açıqlamasında deyib.

Bu qadın elə sözlər danışır ki, adam inanır. Niyə də inanmayacaq, axı Robert deyilən hay elə indi də ağzına gələni üyüdüb tökür, deyir ki, baş nazir mən olsaydım Serjiklə gedib Bakıda çay içərdik. Həmin qadın deyir ki, ay robo, sən narahat olma, sən də Araik, Bako, Ruben və David kimi mütləq Bakıda çay içəcəksən. Amma sən azərbaycanlı bioloji atamın goru istintaqda elə Azərbaycanca danış, axı o dili yaxşı bilirsən, hətta bir beynəlxalq tədbirdə Səməd Seyidova Azərbaycan dilində dedin ki, Qarabağı güclə almışıq, indi də siz güclə alın, görüm necə alırsınız. Seyidov isə demişdi ki, narahat olma, alacağıq. Bax, bu azərbaycanlılar dedi də, elədi də. İndi Robertin qarnına sancı dolub ki, birdən onu yatdığı yerdən götürüb Bakıya çay içməyə apararlar, ona görə də gündə yatmazdan qabaq şam yandırıb dodağının altında nəsə pıçıldayır və qapının dəstəyinə elektrik birləşdirir ki, gələn olsa "tok" vursun... Səhər isə tərdən islanmış cücəyə dönür. Mühafizəçisi isə onu ağacdan asıb  axşamacan qurudur...

Özü də deyir ki, bu köçəryan vaxtında İrəvana köçməsə idi çoxdan yanardı.

Nəsib

Oxşar xəbərlər