21.11.2024, 16:11
AZ EN
21.06.2024, 17:25 200

Nikol velosiped olub

YAZILAR

Türk qardaşlarımız demiş, bu haylar var ya, gündə bir ağlaşma mövzusu tapmasalar, elə bil, yaşaya bilməzlər. İndi neçəsi bir yerə yığışıb baş nazirlərinin müzakirə ediblər. Biri deyib ki, ona hansı adı verək ki, real olsun. Zəngəzurdan Naxçıvana yol olmasının tərəfdarı olan bir hay deyib ki, bəlkə, ona qatar, ya da vaqon adı verək. Razılaşmayıblar, yoldan keçən velosipedli uşağı görən həmin hay tez qışqırıb ki, Vazgenin goru haqqı tapdım, gəlin ona "hecaniv Nikol" ( velosiped Nikol) adı verək,a xı o hər gün işdən sonra və istirahət günlərində velosiped sürür, təkəri boşalanda isə elə özü üfürüb doldurur. Haylar bir-birinin üzünə baxaraq "çox yaxşı addır " deyiblər. Elə həmin andan da erməni mediası "velosiped Nikol" elə getdi, belə getdi deyə xəbər yayırlar. Serj Sarkisyanın blokundan olan bir deputat isə parlamentin iclasında kürsüdən deyib ki, Nikol Paşinyan velosiped yox, motosiklet sürsəydi ölkədə bolluq olardı. O biri deputatlar o qədər gülüblər ki, spiker düz 6 dəfə "sakit olun" desə də gülən kəsməyib və o, fasilə elan edib.

Bax bu xəbəri isə spikerin qayınanasının baş redaktoru olduğu "Hraparak"ın müxbiri Lusine Şahverdiyan yayıb.

Nəsib

Oxşar xəbərlər