21.11.2024, 22:32
AZ EN
04.04.2024, 13:19 296

Tato İrəvanda at oynadır

YAZILAR

Ata, anası Gəncədə, özü İrəvanda orta məktəbi bitirən və Azərbaycanca 106 söz bildiyinə görə özünü Azərbaycanşünas adlandıran Tatevik Hayrapetyan çoxdandı mətbuatda görünmürdü. Haylar “Tato hardadır”, - deyə mələşəndə düşünürdüm ki, bu gənc qadın yəqin Türkiyədə işləyir. Amma Tato bu gün Teleqramda paylaşım edib və yazıb  ki, Qərb olmasa idi, azərbaycanlılar indi İrəvanda futbol oynayardılar. Bir az fikirləşdim ki, niyə məhz futbol? Bəlkə, voleybol, basketbol, ya da şahmat oynayacağıq. Bir də gördüm ki, Tato yazıb ki, azərbaycanlılar Xankəndidə stadionun açılışını edəndə futbol oynadılar. Dedim, bravo, Tato, çox güclü yaddaşın var, bu yaddaşla gərək 106 yox, daha çox söz əzbərləyə idin ki, başqa hay sənin barəndə "o necə Azərbaycanşünasdır ki, cəmi 106 söz əzbərləyib"- deməyə idi. Bax, həmin bu Tato Azərbaycan haqqında elə böhtanlar deyir ki, elə bil Sevinc Osmanqızı ilə yarışa girib.

Tatonun paylaşımına bir hayın kiril əlifbası, amma hayca yazdığı bir şərhdən isə bəlli olur ki, o hələ də ərə getməyib. Bax burda Ziyadxanoğlu Kərəmin Ərzurumun gədiyini aşanda topa-topa qar yağdığına görə peşman olub dediyi

Gərək elə Gəncədəcə qalaydım

Gəncə qızlarından birin alaydım.

sözləri yada düşür.

Öz aramızdır,  

Tato gərək Gəncədəcə qalaydı,

Həm müğənni, həm hayşünas olaydı...

Nəsib

Oxşar xəbərlər