Türk qardaşlarımız demiş, bu haylar var ya, başdan başa paxıllıq donuna bürünüblər. Nə qədər desəndəki ara, hay olanda nə olar, biz az qan da bə, qalmayacaq ki, qanmayacaq, elə hey zarıldayacaq, sonra da gedib şikayət edəcək ki, bəs türk məni gözümçıxdıya salıb, deyir adam ol, istəmir haylığımda qalım. Nəysə, keçək mətləbə: bu ilin 17-19 fevralında Paşinyanın Annası Münhendə kimlə nə danışıbsa Ermənistana düz 10 milyon dollar vəsait ayırıblar. "Hraparak"ın müxbiri Hayka Aloyan isə politoloq Artur Xaçikyanın qabağını kəsib "intervü" alıb. Hay politoloq hay müxbirə deyib ki, bu avropalılar düz adam deyillər, Ukraynaya 300 milyard, bizə isə 10 milyon dollar ayırıblar. Hələ Ukraynaya silahla da yardım edirlər, Rusiyaya qarşı isə sanksiyalar çoxalmaqdadır.
Hayka ona deyəndə ki, ay hay politoloq, bunları niyə xatırladın? Artur başlayıb, nə başlayıb, səsinin yoğun yerinə salıb deyib ki, 2020-ci ildə Avropa gərək Azərbaycana, Türkiyəyə sanksiyalar tətbiq edə idi ki, hayların vayları dünyanı tutub, onları cəhənnəmə göndərməyin, gedib oranı da hay torpağı edəcək, sonra bizi oraya buraxmayacaqlar, cənnət isə onsuzda əzəldən bizlik deyil..
Nəysə, hay jurnalistlə hay politoloq o qədər qiybət ediblər gəl görəsən.
Paşinyanı himar, yəni axmaq adlandıran Artur axırda deyib ki, belə getsə, İrəvan da əlimizdən çıxacaq, onda hara gedəcəyimi bilmirəm. Hayka adlı həmin jurnalist isə bir az revanşçılıqdan danışdıqdan sonra deyib ki, mən isə heç yana gedən deyiləm, çünki azərbaycanlılarla haqq- hesab çəkməliyəm. Bax, Hayka düz fikirləşib: axı, biz İrəvanı azad edəndə əsgərlərimizə xidmət göstərən olmalıdır, ya yox?
N.Qaramanlı