01.11.2025, 02:05
AZ EN
30.10.2025, 14:17 255

Keçmiş məcburi köçkün: Valideynlərimlə çıxdığım kəndə nəvələrimlə qayıdıram

YAZILAR
  • Yolumuz Ağdamın işğaldan azad edilən Sarıcalı kəndinədir.

Rayona səfər edən Sarıcalı kəndinin sakini Əli Rzayev Birinci Qarabağ müharibəsi iştirakçısı olduğunu və bu gün nəvələri və ailəsi ilə birgə burada yaşadığı üçün özünü çox xoşbəxt hiss etdiyini deyib:

"O vaxtı ailəmi burdan atam, anam aparıb. O dövrdə birlik yox idi, 44 günlük müharibədə isə birlik oldu. Güclü ordumuzun və ölkə başçımızın siyasəti sayəsində torpaqlarımız işğaldan azad edildi. Çətin günlərimiz çox oldu, amma çox şükür öz yurdumuza qayıtdıq. Bura gələndə keçmiş yaşadığım evi də güclə tapdım. Sonra qəbiristanlığa getdim, mənə çox pis təsir etdi. İndi çox şükür nəvələrim yanımda, oğlum da burada yaşayır. İki nəvəm var, balacanın adı Poladdır. 44 günlük Vətən müharibəsi dövründə dünyaya gəlib. Elə adı da həkim tərəfindən Polad Həşimova görə qoyulub. Onun kimi qəhrəman, vətənpərvər olmasını diləyirəm".

Sarıcalıda evlər nömrələnib, hər daşın, hər qapının bir hekayəsi var. Bu hekayələrdən biri də Əli Rzayevin oğlu Nadirin və ailəsinin yaşadığı 44 nömrəli evdə yazılır:

"Mən Sarıcalıdan çıxanda 3 yaşım vardı, sonra Əyricə kəndində yaşamışıq. Yaşım az olduğuna görə kəndlə bağlı xatirələrim çox deyil. Amma atam həmişə kəndlə bağlı danışanda deyirdi ki, çox gözəl, mehriban kəndimiz olub. Sarıcalıya övladlarımla birgə qayıtmışam. Mən burdan köç etdiyim yaşda övladlarım bura gəlib. Şükür bu günə ki, övladlarım bu torpaqda böyüyüb-başa çatacaq, mən burda məktəbə gedə bilməmişəm, amma sevinirəm ki, övladlarım burda məktəbə gedəcək, Sarıcalı kəndində təhsil alacaqlar. Onun özü bizim üçün fəxrdir".

Kəndin digər sakini Arzu Rzayeva bildirir ki, Sarıcalıda onlar üçün hər bir şərait yaradılıb:

"Burada gözəl şəratimiz var və xoşbəxtik. Çox şükür əvvəlki günlərimizə qayıtmışıq. Qohumlar, qonşular hamımız bir yerə yığışır, əvvəlki günlərimizi xatırlayır, əvvəlki Sarıcalını yenidən diriltməyə çalışırıq".  (Report)

Ətraflı linkdə: https://www.youtube.com/watch?v=VcvlXfpNSZs&t=2s

Oxşar xəbərlər