1. Ermənistan-Azərbaycan sərhədində hazırda eskalasiya riski sıfırdır
2. Nə Ermənistan, nə də Azərbaycan tərəfində qoşunların cəmləşməsi yoxdur
3. Rusiyanın 102-ci hərbi bazasının və sərhədçilərinin Ermənistandakı mövcudluğu ilə bağlı məsələ qaldırılmır
4. Əgər sülhməramlılar Qarabağı tərk edərlərsə Rusiyaya gedəcəklər".
Politoloqun sözlərinə görə, Ermənistan baş nazirinin açıqlamasında toxunduğu məsələlərlə həm də Rusiyaya mesaj verməyə çalışır ki, artıq burada, yəni Cənubi Qafqazda yerin yoxdur, yaxud sənə ehtiyac yoxdur: "Son variant kimi də onun dediyi fikrin əsası ondan ibarətdir ki, bölgədə baş verəcək istənilən qarşıdurmanın arxasında Rusiyanı görə bilərsiniz. Paşinyanın 3+3 formatında görüşlərə qatılmaq cəhdlərini dilə gətirməsi, fikrimcə, təsadüfi hesab edilə bilməz".
Politoloq onu da qeyd edib ki, Paşinyan elə siyasi füqurdur ki, onun istənilən anda hansı addımlar atacağı demək olar ki, heç kim tərəfindən bilinmir:
"Paşinyanın Rusiya sülhməramlıları ilə bağlı verdiyi açıqlamanın əsas ana səbəbi ondan ibarətdir ki, onun hökuməti Rusiya Sülhməramlılarını görmək niyyətində deyil.
Görünən odur ki, Paşinyanın indi söylədiklərini Azərbaycan tərəfi artıq uzun müddətdir deyir.
Hesab edirəm ki, Paşinyanın belə ritorika dəyişməsinə əsas səbəblərdən biri də Azərbaycan prezidenti cənab İlham Əliyevin Gürcüstan səfərində verdiyi mesajlar idi";- deyə politoloq fikrini tamamlayıb.
Hazırladı: "Tahirə AĞAMİRZƏ