"Vətəndaş müqaviləsi" fraksiyasının üzvü Armen Xaçaturyan səhiyyə naziri Anahid Avanesyandan ölkədə neçə nəfərin COVİD-19 nəticəsində öldüyünü soruşanda isə nazir dəqiq rəqəm deyə bilməyəcəyini, narkomaniyanın isə getdikcə yayıldığını açıqlayıb.
Əlavə edib ki, pandemiya artıq arxada qalmış hesab edilir, amma qonşu dövlətlərdən ölkəyə daşınan müxtəlif narkotik vasitələrin həcmi getdikcə artır. "Bəs, həmin qonşu ölkə hansıdır?" sualı isə qısa cavablandırılıb: bunu polis bilər.
Məlumdur ki, Ermənistan 4 ölkə - Türkiyə, Azərbaycan, Gürcüstan, İranla həmsərhəddir, Azərbaycan və Türkiyə ilə heç bir yerdə giriş-çıxış yoxdur. Gürcüstan isə, necə deyərlər, bu bizneslə məşğul deyil. Deməli, narkotik maddələr Ermənistana məhz İrandan daxil olur.
Xatırladaq ki, bu il yanvarın 6-da İrəvanda polis reydi zamanı aşkar edilmişdi ki, marşal Bağramyan küçəsində 4 otaqlı evdə kirayənişin olan iranlı qadınlar geçə barlarında həm siğə, həm də narkotik maddə biznesi ilə məşğuldur.
Nəsib