21.11.2024, 14:56
AZ EN
24.09.2023, 14:51 288

Dezinformasiya davam edir

YAZILAR

Etnik mentalitetinə uyğun olaraq göz yaşları içində hay-küy salmağı və dezinformasiya yaymağı davam etdirən erməni mətbuatı bu şəkli dərc etməklə yayıb ki, guya erməni sakinlər Azərbaycana reinteqrasiya etmək istəmir və kütləvi şəkildə Ermənistana keçməyə hazırlaşırlar. Guya bu şəkil də yenicə lentə alınıb. Şəklə diqqətlə baxdıqda isə aydın olur ki, bu, indi deyil 2020-ci ilin noyabrında lentə alınıb. Axı məlum olduğu kimi, indi nə Azərbaycanda, o cümlədən nə  ermənilərin yaşadığı Qarabağda, nə də Ermənistanda əhali tibbi maskalardan istifadə etmir. İkinci Qarabağ müharibəsi olduğu vaxt isə maskadan demək olar ki, hamı istifadə edirdi. Bu isə bir daha qətiyyətlə deməyə əsas verir ki, haylar real durumu deyil, özlərinə sərf edən dezinformasiyalar yayırlar.

Nəsib

Oxşar xəbərlər