08.09.2024, 07:29
AZ EN
12.05.2023, 14:23 228

Fransa və Hindistan Ermənistanı silahlandıracaq

YAZILAR
  • Fransa Ermənistandakı səfirliyinə hərbi attaşe təyin edib. “Caliber” hərbi analitik saytının məlumatına görə yeni attaşe Fransadan Ermənistana silah verilməsini kurassiya edəcək. Bununla da Fransa Ermənistanı gücləndirmək və onun Azərbaycanla hərbi balansını bərpa etməyə çalışır. Qeyd edək ki, bununla da Fransa regiona silah göndərən ilk Avropa  dövləti olacaq. Bu isə köhnə qitədə formalaşmış ənənənin pozulması deməkdir. Məlumatda həmçinin o da qeyd olunub ki,  bu məsələ Ermənistan müdafiə naziri Suren Papikyanın Parisə səfəri zamanı müzakirə  edilib. Qərarın qəbul edilməsinə dəstəyi isə Fransa prezidenti Emmanuel Makron verib.

Fransanın NATO ölkəsi, Ermənistanın isə Rusiyanın hərbi müttəfiqi olduğunu nəzərə alaraq bu məsələyə  Şimali Atlantika bloku ölkələrinin münasibəti maraqlı olacaq. Qeyd edək ki, Ermənistan  kütləvi informasiya vasitələrinin yaydığı məlumata əsasən, Fransanın ardınca Hindistan da İrəvanla hərbi əməkdaşlığı inkişaf etdirmək məqsədilə hərbi attaşe təyin etməyi planlaşdırır. 

Hazırladı: Tahirə AĞAMİRZƏ

Oxşar xəbərlər