22.11.2024, 09:14
AZ EN
28.04.2022, 16:22 566

Paşinyana qarşı hücumlar artır

YAZILAR
  • Erməni müxalifətinin 10 gündən artıqdır ki, davam edən etiraz aksiyasında səslənən fikirlər arasında əsas mövzu baş nazir Nikol Paşinyanın nəinki istefa verməsi, hətta onun cinayət məsuliyyətinə cəlb edilməsi ilə bağlıdır. İrəvana, demək olar ki, hər gün müxtəlif yerlərdən gələn etirazçılar da vəziyyətin daha da kəskinləşməsinə səbəb olurlar.

Müxtəlif erməni mənbələrinə görə, etirazçılar arasında Qarabağdan olanlar da getdikcə çoxalır. Rəsmi mənbələr iddia edir ki, həmin adamlar məhz diaspordakı ermənilərin ayırdığı vəsaiti almaq üçün meydana gəlirlər. Etiraz aksiyasında iştirak edəcək gənclərin sayının daha da çoxalması üçün də müxalifət tərəfindən müəyyən tədbirlər görülür.

Baş nazir Paşinyanı müşaiyət edən kortejdəki maşınlardan birinin hamilə qadını vurub öldürməsi də Ermənistanda ən çox müzakirə olunan məsələdir və burada da bütün günahlar baş nazirin üzərinə atılır. «Hraparak» qəzetinin 28 aprel tarixli sayında bununla bağlı geniş yazı dərc olunubdur. Müəllif yazır ki, hamilə qadın MTX-nın əməkdaşları olan maşın tərəfindən deyil, kartejin önündə gedən dövlət yol polisinin maşını tərəfindən vurulub. Həmin qadın 1993-cü ildə Ararat vilayətinin Berkanuş kəndində anadan olan Anna Mnatsakanyandır. Müxalifət iddia edir ki, guya həmin qadın müxalifətçi olduğuna, siyasi mənsubiyyətinə görə qəsdən öldürülüb. Amma qəzet yazır ki, o, «Support Our Herose Armenia» fondunun Qarabağda inşa etdiyi «Tever» idman salonunun layihə rəhbəri idi, onun siyasətlə heç bir əlaqəsi olmayıb. Sadəcə, piyadalar üçün nəzərdə tutulmuş keçiddən istifadə etməyib.

«Hraparak» onu da bildirir ki, baş nazir həmin gün parlamentin «Vətəndaş müqaviləsi» fraksiyasının üzvləri ilə görüşə gecikirmiş. Ona görə də maşınları sürətlə sürməyə məcbur olublar.

Qəzetin digər bir yazısında isə separatçı qurumun sabiq “təhlükəsizlik şurasının” katibi Samvel Babayanla qısa müsahibədən bəhs olunur. Qeyd olunur ki, S.Babayan 44 günlük müharibənin incəliklərinin tədqiqatı üçün yaradılmış komissiyanın işində 10 gündən çoxdur ki, iştirak etmir. O, həmin komissiyaya hərbi ekspert və parlamentdən kənar qüvvələrin nümayəndəsi kimi cəlb edilmişdi. S.Babayan komissiyanın fəaliyyətində iştirak etməməsinin səbəbini açıqlayarkən deyib ki, Andranik Koçaryan tədqiqat zamanı bu və ya digər məsələ ilə bağlı Paşinyanın adının hallanmamasını, günahın başqa birisinin üstünə atılmasını istəyir. Bu isə doğru deyil. Komissiyanın gələcək fəaliyyətində iştirak edib-etməyəcəyini hələ dəqiqləşdirməyən S.Babayan müxalifətin etiraz aksiyasına münasibət bildirməkdən imtina edib.

«Fakt» qəzetinin 28 aprel tarixində dərc olunmuş «İki daş arasında» sərlövhəli yazıda separatçı rejimin rəhbərinin dalana dirəndiyi qeyd olunur. Qəzet özünün etibarlı mənbədən aldığı məlumat əsasında bildirir ki, «arsax»ın Paşinyan tərəfindən “təslim edilməsinin” qarşısını kəsmək üçün separtçı qurum rəhbərlərinin müxtəlif vasitələrə əl atmaları açıq-aydın görünür. Müxalifətin etiraz mitinqlərində iştirak edən qarabağlı ermənilərin separatçı qurum tərəfindən idarə edildiyini iddia edən mənbə onu da bildirib ki, Harutyunyan «Arsax»la bağlı Ermənistan hakimiyyətinin fəaliyyətindən narazıdır. Ermənistan hakimiyyəti isə dolayısı ilə onu başa salıb ki, müxalifəti dəstəkləməkdən əl çəksinlər.

Yeri gəlmişkən qeyd edək ki, bu məsələ ilə bağlı yazılan şərhlərdə diqqət çəkən məqamlardan biri məhz Araik Harutyunyanla bağlıdır. Sofiya Arustamyan soyadlı erməni yazır ki, Araiki yalnız öz vəzifəsi düşündürür. O, dalana dirənib, unudur ki, öz tərsliyi ilə «arsax»ın ermənisiz qalmasına səbəb ola bilər. «Arsax»dakı qurumun deyil, Ermənistanın müstəqilliyinin və təhlükəsizliyinin təmin edilməsinə nail olmaq lazımdır», - deyə sosial şəbəkə istifadəçisi Ermənistanla Azərabycanın dinc qonşuluq şəraitində yaşamasının da tərəfdarı olduğu bildirir.

Ermənistanla Rusiya arasında diplomatik münasibətlərin yaradılmasının 30 illiyi ilə bağlı keçirilmiş tədbirlər də erməni mətbuatının müraciət etdiyi mövzulardandır. «Joğovurt» qəzeti yazır ki, həmin tədbirlərin keçirilməsi üçün, o cümlədən, konsertə xeyli vəsait xərclənib. Həmin vəsaiti müğənnilərə verməkdənsə, övladları həlak olmuş analara vermək daha yaxşı olardı.

Ermənistan parlamentinin vitse-spikeri İşğan Sağatelyanın «Nikol, sən həm də qadın öldürənsən» sözləri ilə başlayan müraciəti də geniş rezonans doğurub. Sosial şəbəkə istifadəçilərinin bəziləri bildirirlər ki, parlament sədrinin müxalifətdən olan müavini İşğan Sağatelyan bir ilə yaxındır ki, həmin vəzifəni daşıyır. Amma bir dəfə də olsun gündəlikdəki məsələyə obyektiv münasibət bildirməyib. Öz işini iqtidarı tənqid etməklə bitmiş hesab edir. Parlamentin sədri Alen Simonyanın dediyi kimi parlament məsələləri müzakirə aparıb müvafiq qanun qəbul etmək üçündür. Kürsüdən xalqa müraciət edib onları etiraz mitinqlərinə çağırmaq parlament üzvünün səlahiyyəti çərçivəsində deyil. İşğan Sağatelyanın baş naziri qatil adlandırması ilə bağlı şəxsiyyəti tənqir etmə maddəsi ilə cinayəti işinin açılmasını istəyən deputatlar və iqtidar tərəfdarları da var. Amma hüquq keşikçilərinə hələ rəsmi müraciət olunmayıb.

Etiraz aksiyalarının təşəbbüskarı Artur Vanet-syanın haqqında müxtəlif fikirlər də yalyımaqdadır. Bildirilir ki, guya Paşinyan tərəfdarları Vanet-syanı aradan görütməyə bir neçə dəfə cəhd ediblər. Amma onu «Alfa» qrupunun keçmiş üzvləri mühafizə etdiklərinə görə sui-qəsd baş tutmayıb və «keçmiş alfaçılar indiki alfaya qarşı dirəniş göstərməklə daha peşəkar olduqlarını sübut ediblər». Sosial şəbəkə istifadəçiləri bu xəbərə də müxtəlif münasibət bildiriblər. Onlardan biri qeyd edir ki, «alfaçılar» kimi vətəndaşlar da bir-birini qırmağa doğru gedir. Nə deyirik, təki elə olsun.

Nəsib QARAMANLI 

Oxşar xəbərlər

SON XƏBƏRLƏR