18.06.2025, 14:29
AZ EN
13.04.2023, 14:01 293

Üzeyir Cəfərov: “Türkiyənin Azərbaycanda hüquqi bazası olmalıdır”

YAZILAR
  • “Mən “ARB 24”ün efirindən bizim parlamentə müraciət eləmək istəyirəm ki, biz hərbi doktirina və milli təhlükəsizlik konssepsiyamızda mütləq mənada təcili bəzi işləri həyata keçirməliyik. Nədi bu işlər?”

Bu fikirləri “ARB 24”ə müsahibəsində hərbi ekspert Üzeyir Cəfərov səsləndirib.

 O, vurğulayıb ki, Azərbaycan qanunvericiliyinə əsasən hər hansı  bir ölkənin hərbi bazasının Azərbaycan ərazisində yerləşməsi, təbii ki, qadağandır, yəni buna icazə yoxdur: “Amma biz qardaş Türkiyə üçün, necə deyərlər, həmin o meydanı açmalıyq, mütləq mənada. Amma mütləq mənada deyərkən, yəni, mütləq deyil ki,  günü sabahdan Türkiyə Silahlı Qüvvələri Naxçıvanda, yaxud da ki, Bakı və Bakı ətrafında yerləşsin. Amma onun burada hüquqi bazası olmalıdır ki, sabah beynəlxalq qurumlar da, NATO üzvü olan Türkiyəyə qarşı hər hansı bir təzyiqlər və ya siyasi addımlar atmasın. Doğrudur, birgə təlimlər keçirilir. Yaxın günlərdə də belə bir təlimlər gözlənilir. Türkiyə-Azərbaycan, Türkiyə-Gürcüstan və Türk  dövlətlərindən də bəziləri bu təlimlərdə iştirak edəcəklər. O sarıdan problem yoxdur.Yəni, şükürlər olsun  ki, Azərbaycan təlimlərini dünən də keçirib, bu gün də keçirir, sabah da geçirəcək. Amma məsələ burasındadır ki, biz qardaş Türkiyə faktorunu burda hüquqi bazada otuzdurmalıyıq ki, sabah həm Türkiyəyə qarşı, həm də Azərbaycana qarşı hər hansı bir təhdidlər və ya bəyanatlar səslənməsin.

Hazırladı: Tahirə AĞAMİRZƏ

Oxşar xəbərlər