20.01.2025, 23:04
AZ EN
12.12.2024, 14:38 311

Tramp ABŞ-nin Suriya planını dəyişdirdi...

YAZILAR
  • Ağ Ev bu dəfə Suriyadakı proseslərə müdaxilə etməyəcək. Amerika Birləşmiş Ştatlarının yeni seçilən prezidenti Donald Tramp belə deyib. Onun sözlərinə görə, suriyalılar problemlərinin öhdəsindən Qərbin, xüsusilə Amerika Birləşmiş Ştatlarının və Fransanın yardımı olmadan gəlməli olacaq. 47-ci prezidentin formalaşdırmağa başladığı komanda üzvləri də  onun sözlərini təsdiqləyən bəyanatlarla çıxış edirlər.

Kəşfiyyat rəhbəri vəzifəsinə namizəd Tulsi Qabbard bildirib ki, yeni Prezident seçilən Doland Trampın Suriyadakı hadisələrlə bağlı bəyanatlarını dəstəkləyirəm. Onunla tam razıyam. Bu məsələdəki mövqeyim öz şəxsi təcrübələrim əsasında formalaşıb. Terroru gözlərimlə görmüşəm. Məhz elə ona görə də Trampın seçilməsini və qərarını təqdir edirəm.  Milli təhlükəsizlik və sülh ABŞ-in əsas hədəfidir.

Yanvarın 20-də İnequrasiya mərasimi keçiriləcək. Trampın bu ritorikası diqqətləri  cəlb edib. Çünki artıq son xidmətlərini reallaşdıran Bayden adminstrasiyası tamam fərqli prizmadan  çıxış edir. Dövlət katibi Entoni Blinken bildirib ki, Vaşinqton Suriya xalqına öz ölkələrini yenidən qurmaqda dəstək olmağa borcludur. Rəsminin sözlərinə görə,  Ağ Ev Suriyada qalan  hər hansı kütləvi qırğın silahının yalnış  əllərə düşməməsində də son  dərəcədə maraqlıdır. Aydın olur ki,  Bayden və komandası  postu təhvil vermədən öncə  prosesləri mümkün olduğu qədər  nəzarətdə saxlamağa çalışırlar.  Trampın uzaqdurma siyasəti isə öncə Amerika devizi ilə izah olunur. İddia edilir ki, bu üsulla o, ölkə  təhlükəsizliyini zəmanət altına alır. Digər bir iddia isə Suriyada gedən proseslərin əslində Trampın ürəyincə olması barəsindədir. Amerika mediası yazır ki, Əsəd rejiminin çökməsi Trampın əlini Rusiyaya qarşı gücləndirəcək. Bundan başqa, yeni adminstrasiya Əsəd rejiminə qarşı qüvvələri maliyyələşdirmədən azad olacaq ki, bu da ölkə iqtisadiyyatı üçün  müsbət implus sayılır.

Politoloq Anar İsayev məsələyə münasibət bildirərkən qeyd edib ki,  Donald Trampın da mesajları bundan ibarətdir ki, faktiki olaraq Yaxın Şərqdə baş verən  proseslərdə Amerikanın  da rolu danılmazdır: “Donald Trampın da mesajı gələcək  Suriya hakimiyyəti ilə  əməkdaşlığın qurulması və  bu istiqamətdə Amerika-Suriya əlaqələrinin daha da dərinləşməsi istiqamətinə yönəlmişdir”.

Xarici ekspertlər bu müstəvidə Vaşinqton Təl-Əviv tandeminə diqqət çəkirlər.  Qeyd olunur ki, Əsəd rejiminin çökməsi  həm də bilavasitə İsrailin təhlükəsizliyi deməkdir. Bu da Tramp üçün vacib şərtlərdən biri hesab edilir.

Hüquq və beynəlxalq sülh tədqiqatları  üzrə professor Merri Ellon bildirib ki, Trampın fikirləri təəccüblü idi. Lakin  indiki vəziyyətdə gələcək üçün ümidverici sayıla bilər. Bu, əgər bombardman komandasının dayandırılması deməkdirsə, onda yaxşıdır: “Əgər Donald Tramp İsraili də bu komandadan uzaqlaşdıra bilsə, daha çox ərazi əldə etməklə heç nəyə nail olmayacağına inandırsa, proseslər dünya üçün müsbətə doğru dəyişəcək. Trampın Yaxın Şərq siyasətində  Amerika Birləşmiş Ştatlarının Suriyadakı hərbi bazaları da xüsusi yer tutur.

Analitiklərin  fikrincə, Vaşinqton indi  bölgədəki öz hərbi mövcudluğunu sabitliyin təminatı kimi görür. Tramp adminstrasiyası isə hər dəfə bazalarla bağlı suallardan yayınır. Suriyanın üsvayçı qüvvələrinin də Amerika Birləşmiş Ştatlarının ölkədə olmasına verəcəyi reaksiya  qeyri-müəyyənliyini qoruyur.

Tahirə AĞAMİRZƏ

Oxşar xəbərlər