23.12.2024, 11:35
AZ EN
16.08.2024, 12:42 338

Ermənistanın ərazidə aqressiv davranışlarının qarşısı İrəvanın anladığı dildə, yəni çox qətiyyətli şəkildə alınmalıdır

YAZILAR
  • "İntensiv şəkildə silahlanan Ermənistan ordusunun son yarım gündə Naxçıvan istiqamətində iki dəfə atəşkəsi pozması, fərarilər ölkəsinin 5 aprel tarixində ABŞ və Avropa İttifaqı ilə imzalanan Hərbi Paktdan qaynaqlanır".

Bunu hərbi ekspert Ədalət Verdiyev ötən gün Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunun Gənzə yaşayış məntəqəsi istiqamətində yerləşən mövqeləri Ermənistan silahlı qüvvələrinin bölmələri tərəfindən atıcı silahlardan atəşə tutulmasına fikir bildirərkən söyləyib. O, qeyd edib ki, Ermənistanın ərazidə aqressiv davranışlarının qarşısı İrəvanın anladığı dildə, yəni çox qətiyyətli şəkildə alınmalıdır:

"Azərbaycana atəş açılan düşmən mövqeləri dərhal darmadağın edilməli, həmin mövqelər Ordumuz üçün əhəmiyyət daşıyırsa, bu mövqelərdə Azərbaycan əsgəri və Azərbaycan Bayrağı yerləşdirilməlidir. Əgər əhəmiyyət daşımırsa, bu mövqelərdə düşmənin təkrar yerləşməsinə imkan verməməliyik.

Tarixi Azərbaycan torpaqlarından Azərbaycan Əsgərinə atəş açılmasının məsuliyyəti Ermənistanın məğlub ciyinlərinə yüklənməlidir. Düşmən növbəti itkilərə məruz qalmayana qədər "rahatlıq" tapmayacaq",- deyə Ə.Verdiyev vurğulayıb.

Tahirə AĞAMİRZƏ

Oxşar xəbərlər