O, deyib ki, baş nazir statusunu koçaryanların, sarkisyanların dediyi çevriliş nəticəsində deyil, məhz xalq inqilabı, xalq səsverməsi ilə qazanıb. Ölkənin ikinci və üçüncü prezidentlərini daim tənqid edəcəyini açıqlayan Nikol Paşinyan onların ikisinin də Kremlin əlaltısı olduqlarını vurğulayıb və əlavə edib ki, neçə dəfə seçki olsa da özü qalib gələrək xalqın xoşbəxt gələcəyini təmin edəcəkdir.
Agentlik sonda bildirib ki, Gümrüdə keçiriləcək bələdiyyə seçkilərinin də iqtidar namizədinin qələbəsi ilə başa çatacağına əmin olan Nikol Paşinyan "Qarabağ klanına"qarşı mübarizənin isə açıq deyil, qapalı aparılmasını xüsusi tapşırıb.
N.Qaramanlı