15.01.2026, 03:58
AZ EN
18.12.2025, 09:00 223

Prezident İlham Əliyevin BƏƏ-yə səfəri: Yeni əməkdaşlıq imkanları və strateji tərəfdaşlıq

YAZILAR
  • Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyanın dəvəti ilə bu ölkəyə rəsmi səfər edib. Bu səfər Azərbaycan-BƏƏ münasibətlərində yeni mərhələnin başlanğıcı kimi dəyərləndirilir.

Milli Məclisin deputatı Vüqar Bayramov bildirib ki, son illər iki ölkə arasında həm siyasi, həm də iqtisadi sahədə əlaqələr ciddi şəkildə inkişaf edir. 2024-cü ildə ticarət dövriyyəsi 96 milyon 805 min dollar təşkil edib ki, bu da 2021-ci illə müqayisədə iki dəfə artım deməkdir. Cari ilin ilk 10 ayında isə bu rəqəm 147 milyon 490 min dollara çataraq 66 faizlik artım nümayiş etdirib. Azərbaycan bu sahədə 40 milyon dollarlıq müsbət saldo ilə çıxış edir ki, bu da BƏƏ-nin ölkəmizin qeyri-neft ixracında yeni bir strateji bazara çevrildiyini göstərir.

Deputat qeyd edib ki, BƏƏ yaşıl enerji sahəsində Azərbaycana sərmayə yatıran əsas dövlətlərdən biridir. Artıq ölkəmizdə bu sektora yönəldilən 1 milyard dollardan çox sərmayənin böyük hissəsi məhz körfəz ölkələrinin payına düşür. Qarabağın bərpası və reinteqrasiyası prosesində də BƏƏ-nin sərmayə qoyuluşunda maraqlı olduğu vurğulanır.

Vüqar Bayramovun fikrincə, Prezident İlham Əliyevin bu səfəri iki ölkə arasındakı münasibətlərin dərinləşməsinə və strateji tərəfdaşlığın daha da möhkəmlənməsinə xidmət edəcək.

Tahirə AĞAMİRZƏ

Oxşar xəbərlər

SON XƏBƏRLƏR