19.06.2025, 01:04
AZ EN
21.03.2023, 16:00 279

Fars və hay saxtakarlığı davam edir

YAZILAR

Hay mətbuatı bu gün belə bir xəbər yayıb ki, hayların baş naziri Nikol Paşinyan martın 21-də İranın ali dini lideri Ayətulla Xamneyniyə və prezident İbrahim Rəisiyə zəng edərək onları və iranlıları Novruz bayramı münasibətilə təbrik edib, iki dost ölkə arasında münasibətlərin daha da genişləndirilməsi istiqamətində mühüm addımlar atacağını bildirib. Tarixi həqiqətə daim hay mentaliteti ilə dəyər verən düşmən ölkənin yalnız türk xalqlarına mənsub olan Novruzun guya ilk dəfə müsəlman farslar tərəfindən bayramı edildiyini təbliğ edən hayların Youtubda yayılmış digər bir xəbərində isə həyasızcasına qeyd olunur ki, guya türklər, o cümlədən azərbaycanlılar hər il Novruzda erməni öldürməyə çalışırlar.

Xatırladaq ki, fars rejimi də eyni xislətli təbliğat aparmaqda hay bacıları ilə sanki, yarışa girib. Fərq isə ondan ibarətdir ki, farslar yəhudilərin öz bayramlarında guya müsəlman qanı tökməsini bildirir, farsbaşlar isə bu iyrənc yalana inanırlar. İslamdakı müqəddəs adları terrorçu dəstələrə qoymaqla onları təhqir edən molla rejiminin yürütdüyü siyasəti isə yalnız hayların dəstəkləməsi hər bir müsəlman üçün də təhqirdir.

Nəsib

Oxşar xəbərlər