22.11.2024, 08:44
AZ EN
24.02.2023, 17:50 170

Eldar Namazov: “Ermənistan, Rusiya və Avropa İttifaqı arasındakı münasibətlər, artıq demək olar ki, döyüş meydanına çevrilib”

YAZILAR
  • İrəvan qırmızı xətləri keçir. Rəsmi Moskva Avropa İttifaqının Ermənistana müşahidəçi missiya göndərməsini məhz bu cür qəbul edir. Adının milki missiya olmasına baxmayaraq, onu formalaşdıran Avropa İttifaqınınTəhlüləsizlik Məsələləri üzrə bölməsidir və tərkibi də mülki mütəxəssislərdən ibarət deyil. Bu tərkibdə müxtəlif Avropa ölkərinin güc strukturlarında çalışan hərbçilər yer alıb. Misal üçün heyətə qatılan jandarmeriya nümayəndələri Fransa müdafiə nazirliyinin strukturuna tabedir.

Siyasi icmalçı Eldar Zeynalov məsələni şərh edərkən bildirib: “İlk dəfə Ermənistan ərazisində Rusiya hərbçiləri və sərhəd qoşunları ilə yanaşı, Avropa İttifaqının missiyası duracaq. Buna kimi belə bir hal olmamışdı və Rusiyanın burda monipoliyası  var idi. Təbii ki, Moskva bundan çox ciddi narahat oldu. Rusiya xarici işlər nazirliyinin  bu yaxınlarda verdiyi bəyanatında Avropa ittifaqının  missiyasına qarşı hədə-qorxu elementləri də var idi”.

Həmin bəyanatda qeyd edirdilər ki, rus hərbçiləri bir yerdə Avropa İttifaqının missiyasının hərəkətlərinə uyğun reaksiya verəcəklər. Hərbçilər nə reaksiya verə bilərlər? Təbii ki, hərbçilər yalnılz güc tətbiq edə bilərlər.  Ona görə də Moskva sanki Avropa İttifaqına mesaj göndərdi: “Mən Ermənistanda möqelərimi qorumaq üçün toqquşmaya da gedə bilərəm, qan da tökə bilərəm. Sən buna hazırsan, yoxsa, yox”? Bu günlərdə Rusiyanın Dövlət dumasının  sədri Vyaçeslav  Volodin Azərbaycanlı həmkarı ilə görüş zamanı daha sərd və daha açıq hədə-qorxu bəyanatı ilə çıxış etdi: “Ümumiyyətlə,  Avropa Parlamentinin AŞPA-nın iştirakı ilə  hansısa kəşkin problem və ya münaqişə  həll olunubmu? Bu strukturların tarixində belə bir misal yoxdur.  Avropa qurumları yönümlü bəyanatlar verənlər isə sadəcə olaraq öz ölkələrini itirə bilərlər. Sülh istəyən, vəziyyəti həll etmək istəyən hər kəs bu klassik parlamentdən, istər AŞPA-dan, istərsə də  Avropa Parlamentindən  uzaq durmalıdır.  Eyni zamanda aydın başa düşməlidirlər ki, bu qurumların iştirakı vəziyyətin daha da kəskinləşdirəcək və getdikcə daha çox problemlər yaradacaq”.

Politoloq daha sonra əlavə edib ki, bir sözlə, Ermənistan, Rusiya və Avropa İttifaqı arasındakı münasibətlər, artıq demək olar ki, döyüş meydanına çevrilib. Birinci xəbərdarlıqlar edilir, qan da tökülə bilər, toqquşma da ola bilər və tərəflər indi artıq növbəti addımlara hazırlaşırlar. Ermənistan müxalifəti bu haqda çox yazır, hakimiyyət nümayəndələri isə təkziblər verirlər və deyirlər ki, belə deyil, biz Rusiya ilə düşmən  deyilik, Rusiya isə addım-addım təsirlərini artırır.

Hazırladı: Tahirə AĞAMİRZƏ     

Oxşar xəbərlər

SON XƏBƏRLƏR