Ermənistan parlamentinin spikeri Alen Simonyan bu gün iclas arası fasilə zamanı jurnalistlərin Türkiyə ilə bağlı sualına cavab verərkən belə deyib: "Türkiyə tərəfi istədiyi vaxt bəhanə gətirə,"Nemesis" abidəsini niyə qoyubsunuz", - deyə bilər. Öncədən deyim ki, mən özüm "Nemesis" abidəsinin qoyulmasını səhv hesab edirəm. Bəli, səhv hesab edirəm, ona görə ki, bu dövlət siyasəti xətti deyil və olmamalı idi. Bəli, bu bir tarixi haldır. Amma yenidən təkrar edirəm bu sadəcə fürsət idi. Mən də, məsələn, Türkiyəyə getməmək üçün müxtəlif səbəblər tapa bilərdim və getməzdim, bunu orada da bəyan etdim. Mən əminliklə demirəm, amma məndə belə bir təəssürat var ki, indiki mərhələdə münasibətlərin nizama salınması üçün tarixi zəmin yaranıb. Bəli, biz hətta böyük tənqidlər yolu keçməkdə buna hazırıq... Biz buna erməni xalqına davamlı sülh gətirmək üçün hazırıq".
Məncə, şərhə ehtiyac yoxdur.
N.Qaramanlı