Jurnalist xatırladıb ki, indiyədək aparılan "təmizlik" prosesində 2 nəfər deputat mandatından məhrum edilib, bir neçə nəfərsə həm işdən, həm də partiya sıralarından çıxarılıb. Mövcud qanuna görə gələn il növbəti parlament seçkiləri keçiriləcəyi üçün bəzi adamlar ya deputat seçilmək, ya da hansısa yüksək vəzifəyə təyin olunmaq məqsədi ilə komanda daxilində rəqib axtarışına çıxıb deyə müxbir bütün bunların xalqa heç nə verməyəcəyini yenidən xatırladaraq qeyd edib ki, hakimiyyət fraksiyasından deputat Hayk Sarkisyan meşələrin mühafizəsi barədə çıxış edərkən öz komanda yoldaşını ciddi tənqid etməklə onun işdən çıxmasına nail olub.
Hakim partiyanın demokratik prinsiplərə deyil, yalnız şəxsi mənafeyə xidmət etdiyini daha bir faktla açıqlayan müxbir onu da diqqətə çatdırıb ki, jurnalistlərin əsassız yerə cərimələnməsi də hakim komandanın qeyri obyektivliyini isbatlayır və hakimiyyətin belələrindən təmizlənməsi böhran pik həddə çatacaq.
Nəsib Qaramanlı