23.11.2024, 02:00
AZ EN
28.10.2022, 17:40 474

Erməni etiraf edir ki, dünyada gülüş obyektinə çevriliblər

YAZILAR
  • “Lurer.com” informasiya agentliyinin 28 oktyabrda yaydığı xəbərlər sırasında özünü separatçıların liderinin xüsusi nümayəndəsi adlandıran Vahan Badasyan adlı  erməni “Osmanqızı TV”-nın aparıcısı Sevinc Osmanqızının Azərbaycan haqqında  yalanlarını, böhtanlarını “demokratiya” nümunəsi kimi qəbul etdiyini bildirərək Azərbaycanın ünvanına müxtəlif ittihamlar səsləndirib.

O,  həyasızcasına bildirib ki, 1988-ci ildə erməni xalqı böyük enerjiyə malik idi. Ona görə də “nəniki Azərbaycan, hətta bütün dünya da erməni xalqının önündə dayana bilməzdi”. 44 günlük Vətən müharibəsindən sonra Qarabağda aparılan mina təmizləmə işlərini də Sevinc Osmanqızının cümlələri ilə xarakterizə edən Vahan Badasyan bildirir ki, əslində, Qarabağda aparılan mina təmizləmə işləri korrupsiya mənbəyidir. O, belə bir sərsəm fikir irəli sürür ki, mina təmizləmə işlərində iştirak edən ermənilərə ayda 400, fransız və britaniyalı mina təmizləyənə 12-20 min, bu sahədə işləyən şirkətin milliyyətcə amerikalı olan rəhbərinə isə 22 min avrodan çox maaş verilir. Guya “ermənilər az maaş aldıqlarına görə mina axtarışları işindən imtina ediblər”, - deyə bu işlərin hələ uzun müddət davam edəcəyini ermənisayağı sevinclə vurğulayan Vahan Badasyan Şuşa şəhərinin və Qarabağın məskunlaşdırılması barədə xəbəri də  ermənisayağı şərh edib. O, deyib ki, Qarabağ nə indi, nə də sonralar məskunlaşdırılmayacaq “çünki azərbaycanlılar minalardan qorxurlar və ən əsası da odur ki, ermənilərin bu torpaqlara qayıdacaqlarına əmindirlər”.

Erməni separatçının daha sonrakı fikirləri isə əvvəlki fikirlərini təkzib edir. Azərbaycanın indi qüdrətli orduya malik olduğuna və bir sıra beynəlxalq təşkilatlar tərəfindən dəstəkləndiyinə görə çox narahat olduğunu bildirən separatçı Ermənistanın Qarabağdan əlini çəkməsini də böyük yanğı ilə dilə gətirir və belə bir ifadə işlədir ki, “arsax”ın “müstəqilliyi” beynəlxalq aləmdə gülüşlə qarşılanır və ermənilər gülüş obyektinə çevriliblər.

Separatçının öz erməniləri barədə dediyi bu sözlərlə isə razılaşmamaq olmur. Çünki ermənilər, doğrudan da, öz iddiaları və illizuyaları ilə dünyada gülünc vəziyyətdədirlər.

Nəsib QARAMANLI

Oxşar xəbərlər