Erməni mətbuatı fevralın 6-da da ənənəvi qara xəbərlərini davam etdirir. İrəvanın bəzi yerlərində və ayrı-ayrı rayonlarda elektrik enerjisinin fasilələrlə veriləcəyini bildirən "Hraparak" media qrupunun saytında yerləşdirilən "Azərbaycanın müstəqilliyini tanımaq İranın səhvidir" başlıqlı məqalə isə hayların, el təbirincə desək, özünə umac ova bilmədiyi halda, bacısına əriştə doğramaq cəhdindən irəli gəlib. Həmin yazıda iranlı ekspert Diako Hüseyn deyir ki, "İranın ən böyük səhvlərindən biri Azərbaycanın müstəqilliyini tanımaq olub. Amma bu məsələyə yenidən baxmaq indi də gec deyil"- deyən fars eksperti daha sonra belə bir təklif edib: "Səhvi düzəltmək hələ də gec deyil. Ermənistanla müdafiə sazişi imzalamaq bu qarmaqarışıqlığa son üçün ilk böyük addım olar".
Münasibətlərin soyumasında erməni-fars mentalitetinə sadiqliyini Azərbaycan dövləti, əvəzinə Bakı hökuməti ifadəsi ilə yenidən nümayiş etdirən Diako Hüseyn öz adının niyə elə qoyulduğunu şərh etsə daha düzgün olardı. Xatırladaq ki, diak erməni dilində cəsəd deməkdir.
Nəsib Qaramanlı