22.11.2024, 12:58
AZ EN
19.01.2023, 14:50 229

Ermənistan yasa batıb

YAZILAR
  • Yanvarın 19-da erməni mətbuatında yayılan xəbərlərin əksəriyyəti əsgər yataqxanasında baş vermiş yanğına və onun nəticəsinə həsr olunub.Yanğın barədə müxtəlif versiyalar irəli sürülməkdə davam edir.

Bəzi saytlarda yanğının sobaya avtobenzin atılması nəticəsində baş verməsi barədə məlumatlar verilsə də bunun həqiqətə uyğun olmadığı qənaətinə gələnlər də var. General Movses Hakopyanın günorta verdiyi növbəti açıqlamada hadisənin tədadüfən deyil, qəsdən törədildiyi də istisna edilmir. Müxalifət isə olaydan siyasi divident əldə etməyə çalışır və baş komandan Nikol Paşinyanla müdafiə naziri Suren Papikyanın məsuliyyət daşıdıqlarını biıdirirlər. Hadisə baş verən kənddə sakinlərin də  dindirilməsinə başlanılıb.

"NEWS 24" adını açıqlamaq istəmədiyi etibarlı mənbəyinə əsasən belə bir iddianı da diqqətə çatdırıb ki, hadisəni yoldaşları tərəfindən daim incidilən əsgər qisas məqsədi ilə törədib.

Yanğın nəticəsində hospitala yerləşdirilmiş hərbçilərdən izahat alınmasının sabaha müəyyənləşdirildiyini bildirən sözügedən sayt ölkədə hüzn günü elan olunacağını da istisna erməyib.

Nəsib

Oxşar xəbərlər