25.06.2025, 23:50
AZ EN
10.01.2023, 10:56 274

Birbaşlı iki Vartan

YAZILAR

Türk qardaşlarımız demiş, dünyada kötü adamlar çoxdu. Ermənilərin isə içində kötü olmayanlar çox azdır. Bir-iki gün qabaq Qərbi Azərbaycandakı hay toplumunun yaydığı xəbərlərə, daha doğrusu feyk xəbərlərə baxırdım. Orada iki Vartan Voskanyanın cızma-qaralamalarını da gördüm. Vaxtilə həmin toplumun XİN rəhbəri olan Vartan Voskanyanla iranşünas Vartan Voskanyanın adları kimi fikirləri də lap eyni idi, yəni bir başda iki Vartan Voskanyan cəmləşmişdi. Köhnə nazir V.Voskanyan deyir ki, vaxtilə Azərbaycanın sabiq XİN rəhbəri olan şəxsi çox aldadıb. İranşünas alim V.Voskanyan isə NEWS 24-ə verdiyi ayaqüstü müsahibəsində bildirib ki, iranlı dostları azərbaycanlılara həm siyasətdə, həm də biznesdə çox atıb. Xamneyini tərifləyib göyün 7 qatına çıxaran İranşünas Vartan diplomat Vartanın «hayların xilası dostlarının əlindədir» sözlərini milli ideologiya kimi qəbul edib və bildirib ki, vaxtı uzatmaq olmaz, tez müharibə edib Kürün o biri sahilinə çıxmaq lazımdır. Vartanların ikisi də Qarabağdakı hay toplumunun liderlərindən olan Samvel Babayanın «İran bizə deyir ki, siz döyüşə başlayın, biz hər vasitə ilə yanınızda olacağıq» sözlərinin proqram kimi qəbul edilməsini istəyir və Paşinyanın kələ-kötür sözlərdən ayrılıb müharibəyə başlamasını məsləhət görürlər. Eyni cür düşünən iki Vartanın 44 günlük müharibədə heç bir qohumu iştirak etməyib və politoloq Stepan Qriqoryanın dediyinə görə onların ikisi də qarğa səsindən diksinir. Haylar nə deyirlər özləri bilər, biz isə ikisinin beyni bir başda yerləşən Vartan Voskanyanlara cavab olaraq belə deyirik: Deyəsən başınız Dəmir yumruq istəyir.

NƏSİB      

Oxşar xəbərlər