"Hraparak" "Nikol Paşinyan partiyasında təmizləmə aparır" başlıqlı məqalədə yazıb ki, bu 2026-cı ildə keçiriləcək parlament seçkilərində baş verəcək məğlubiyyətin göstəricisidir.
İqtidarçı deputat Vilen Qabrielyanın seçki öncəsi Gümrüdə olarkən buraxdığı səhvlərə görə manatdan imtina ərizəsi yazmağa məcbur edilməsini məhz Nikol Paşinyanın göstərişi ilə əlaqələndirən müəllif əlavə edib ki, indi növbədə hakim partiyadan olan deputat Andranik Koçaryandır. Əlavə olunub ki, Vilen Qabrielyan artıq deputat mandatından yerə qoyub və onun əvəzinə siyahıda 100-cü olan Arşak Orduxanyan olacaqdır. Andranik Koçaryanın məsələsinə isə yaxın günlərdə baxılacaqdır. Baş nazirin daha bir neçə məmuru da yola salacağı ehtimal olunur.
N.Qaramanlı