24.04.2025, 09:45
AZ EN
25.11.2022, 16:20 554

Molla rejimi Peyğəmbərin nəvəsini təhqir edir

YAZILAR

Suriyada, Fələstində, Fransada, İranda, Ermənistanda xüsusi terror təcrübəsi keçən və birinci Qarabağ müharibəsində Azərbaycanın dinc əhalisinə qarşı qəddarlığı ilə hayların milli qəhrəmanına çevrilən Monte Melkonyanın anadan olmasının 65 illiyi ilə bağlı noyabrın 25-də İrəvanın «Azadlıq» meydanından nazirlər kabinetinədək, oradan isə «Yerabulur» əsgər məzarlığınadək yürüş keçirilib. «Lurer.com», «Hraparak», «Hayeli» və s. informasiya agentlikləri yazıb ki, bu tədbirin təşəbbüskarı və təşkilatçısı isə «5165» təşkilatıdır. Təşkilatın liderlərindən olan sabiq deputat Karin Tonoyan bildirib ki, yürüşdə terrorçunun adını daşıyan məktəbin müdavimləri və müəllimlər də iştirak edir. O, daha sonra əlavə edib ki, Monte Melkonyanın yetişdiyi «Ermənistanın azadlığı uğrunda gizli erməni ordusu» təşkilatı 2020-ci ildən ABŞ-da terror təşkilatı kimi tanınır və feysbukda onun şəklini yayan istifadəçilər bloka salınır. Ermənistan rəhbərliyinin isə bununla bağlı heç bir tədbir görmədiyini ermənisayağı cümlələrlə qınayan Karen Tonoyan əlavə edib ki, M.Melkonyan vaxtilə terrorçu kimi yox, saxta pasporta görə həbs edilmişdi. O, həm Ermənistanın həm də «arsax»ın milli qəhrəmanı adını azərbaycanlılarla döyüş zamanı qazanmışdı. Onun sözlərinə görə «Yerabulur»da bu qatı cinayətkarla yanaşı daha bir neçə ASALA üzvü dəfn olunub və onların hər biri İranın molla rejimi tərəfindən «hüseyniyyə» nişanı ilə təltif edilib.

Dörd il öncə yayılmış bir videoçarxda əlini öldürdüyü azərbaycanlı uşağın qanı ilə yuyan erməni caniyə Peyğəmbərin nəvəsinin adını daşıyan mükafat verilməsi isə bir daha sübut edir ki, İran haylara və şeytana xidmət etməklə həm də müsəlmanların peyğəmbərinin nəvəsinin ruhunu təhqir edir.

Nəsib QARAMANLI

Oxşar xəbərlər