24.02.2026, 12:59
AZ EN
24.02.2026, 10:25 162

Deputat: ""Əmək Məcəlləsi"ndəki dəyişikliklə minimum əməkhaqqı artımında dövrülük təmin olunacaq"

YAZILAR
  • Azərbaycan Prezidenti İlham Əliyevin ötən gün təsdiqlədiyi "Əmək Məcəlləsi"ndəki dəyişikliklə minimum əməkhaqqı artımında dövrülük təmin olunacaq.

Bu barədə Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü, deputat Vüqar Bayramov məlumat verib.

Onun sözlərinə görə, bu, artımların həmçinin qanunla tənzimlənməsi anlamına da gəlir:

"Minimum əmək haqqındakı mütəmadi artım sadəcə aşağı maaş alanların deyil, eləcə də vahid tarif cədvəlinin (VTC) bütün pillələri üzrə əməkhaqlarında artımları təmin edir. Belə ki, dövlət büdcəsindən maliyyələşdirilən sahələrdə çalışan işçilərin aylıq tarif (vəzifə) maaşları minimum əmək haqqı artırılandan bir ay müddətində yeni məbləğə uyğunlaşdırılaraq artırılır. Bura sosial, elm, mədəniyyət, gənclər və idman, kənd təsərrüfatı, ekologiya və ətraf mühitin mühafizəsi, mənzil-kommunal, nəqliyyat və rabitə, meliorasiya, su təsərrüfatı və balıqartırma sahələrində çalışan dövlət qulluqçusu statusu olmayan işçilərin vəzifə maaşları daxildir".

V.Bayramov əlavə edib ki, bu sahələrdə çalışan və dövlət qulluqçusu statusu olmayan vətəndaşlarımızın əmək haqqları VTC əsasında dövlət büdcəsindən maliyyələşdirilir:

"Cədvəldə maaşlar 19 dərəcə üzrə müəyyənləşdirilir. Hazırda ən aşağı maaş 400, ən yüksək isə 1150 manatdır. Minimum əmək haqqının dövrü olaraq artırılması paraktik olaraq bütün dərəcələr üzrə artımlara səbəb olacaq. Bu zaman əmək haqqının minimum səviyyədən az və çox olması xüsusi önəm daşımır. Minimum əmək haqqında gözlənilən artımlar həm dövlət, həm özəl sektorda maaş artımlarına səbəb olacaq. Belə ki, hər iki sektorda minimum əmək haqqından az maaş təklif etmək qanunvericiliklə qadağandır. Bütövlükdə, minimum əmək haqqının artırılması 700 min vətəndaşımızın maaşlarının artmasına səbəb olur". (Report)

Oxşar xəbərlər