15.01.2026, 02:10
AZ EN
23.12.2025, 09:54 207

Aztəminatlı ailələrə 200 manatlıq birdəfəlik maddi yardım – kimlərə və necə veriləcək?

YAZILAR
  • Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “Aztəminatlı ailələrə birdəfəlik maddi yardım verilməsi haqqında” imzaladığı sərəncam sosial siyasətin mərkəzində vətəndaş rifahının dayandığını bir daha nümayiş etdirdi. Sərəncam aztəminatlı ailələrin sosial müdafiəsinin gücləndirilməsi, onların maddi vəziyyətinin dəstəklənməsi baxımından əhəmiyyətli bir addımdır.

Milli Məclisin deputatı Vüqar Bayramovun verdiyi məlumata görə, 200 manatlıq yardım yalnız ünvanlı dövlət sosial yardımı (ÜDSY) alan ailələrə şamil olunur. Bu isə təxminən 76 min ailəni əhatə edir. Yardımlar birbaşa olaraq həmin ailələrin mövcud sosial yardım kartlarına köçürüləcək və bunun üçün əlavə müraciətə və ya yeni karta ehtiyac olmayacaq.

Millət vəkili qeyd edib ki, bu yardım proaktiv şəkildə həyata keçiriləcək: "Yəni sistemdə mövcud olan elektron baza əsasında ödənişlər avtomatik olaraq icra olunacaq. Yalnız artıq ÜDSY təyin edilmiş ailələr bu yardımdan yararlana biləcəklər. Yardıma yeni müraciət edən, lakin hələ sosial yardım təyin olunmayan ailələr isə bu mərhələdə 200 manatlıq ödənişi ala bilməyəcəklər".

Bu təşəbbüs bir daha sübut edir ki, dövlət sosial müdafiə mexanizmlərini gücləndirməyə və aztəminatlı təbəqənin həyat şəraitini yaxşılaşdırmağa davam edir.

Tahirə AĞAMİRZƏ

Oxşar xəbərlər

SON XƏBƏRLƏR