Azərbaycan və Rusiya lidelərinin nümayiş etdirdiyi siyasi iradə isə bu gərginlikdən istifadə edərək vəziyyəti daha da qızışdırmaq istəyən qüvvələrin planlarını alt-üst etdi.
Uzun müddətdən sonra baş tutan bu görüş təkcə dialoqun bərpası deyil, həm də qarşılıqlı etimadın yenidən qurulması baxımından mühüm mərhələ hesab olunur. Artıq əminliklə demək olar ki, Bakı ilə Moskva arasında münasibətlər qarşılıqlı hörmət, bərabərlik və strateji tərəfdaşlıq prinsipləri əsasında yeni bir mərhələyə qədəm qoyur.
Xatırladaq ki, Rusiya-Azərbaycan münasibətləri gərgin dönəmlərdə belə tam dayanmayıb. Məsələn, 2025-ci ilin ilkin iqtisadi göstəricilərinə görə iki ölkə arasında xarici ticarət dövriyyəsinin 16 faiz artırılacağı proqnozlaşdırılır. Ekspertlər hesab edirlər ki, münasibətlər bundan sonra da hər iki tərəfin maraqları çərçivəsində daha da dərinləşəcək.
“Siyasi məsələlər həll olunduqdan sonra iqtisadi sahədə əməkdaşlıq koperasiya bir qədər də genişlənə bilər”.
Bunu ATV-yə açıqlamasında politoloq İlyas Hüseynov deyib. O, əlavə edib:
“Azərbaycan bərabərhüquqlu, qarşılıqlı, faydalı əməkdaşlığın tərəfdarıdır. Azərbaycan heç vaxt münasaibətlərin gərginləşməsinin səbəbkarı olmamışdır. Münasibətlər müttəfiqlik haqqında qarşılıqlı fəaliyyətə uyğun olaraq qurulmalıdır”.
Tahirə AĞAMİRZƏ