"Hraparak" xəbər verir ki, dünən Belarusun paytaxtı Minskdə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına üzv ölkələrin xarici işlər nazirləri şurasının iclası keçirilib. İclasda xarici işlər nazirləri həm qapalı, həm də geniş tərkibdə müzakirələr aparıblar. Agentlik yayıb ki, Belarus prezidenti A.Lukaşenko Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanın xahişi ilə onu təkbətək qəbul edib. Erməni nazir həm onunla, həm də KTMT-dəki həmkarları ilə görüşlərində adəti üzrə Azərbaycanın əleyhinə əsassız uydurmalarla zəngin fikirlər səsləndirib. Bildirib ki, guya Azərbaycan sərhəddə tez-tez qarşıdurma yaradır, həmçinin Qarabağdakı ermənilərin həyatı üçün təhlükəli manevrlər edir.
Ermənistanın guya dayanıqlı sülh tərəfdarı olduğunu bildirən nazir onlardan acizanə şəkildə dəstək xahiş edib.
Nəsib