Bu fikirləri açıqlamasında politoloq Elxan Şahinoğlu deyib.
O, əlavə edib:
"Birincisi, söyləyirlər ki, Ermənistan Avrasiya İqtisadi Birliyinə üzvlüyü nəzərə alınmalıdır. Yəni rusiyalı rəsmilər və diplomatlar bununla demək istəyirlər ki, Zəngəzur dəhlizi Avrasiya İqtisadi Birliyinin inteqrasiya modelinə uyğun olmalıdır. Bunun nə dərəcədə məntiqi istək olduğunu İrəvan birlikdəki tərəfdaşlarına izah etməlidir. İkincisi, rusiyalı rəsmilər və diplomatlar Vaşinqton razılaşmasının 9 noyabr 2020-ci ildə Rusiya, Azərbaycan və Ermənistan liderlərinin imzaladığı ortaq bəyanata uyğunlaşdırılması vacibliyini səsləndirirlər. Bu da məntiqi istək deyil. Vaşinqton razılaşması 9 noyabr razılaşmasını qüvvədən düşdüyü anlamına gəlir. Rusiya rəsmilərinin və diplomatlarının İrəvana növbəti mesajı “Ermənistan-İran sərhədində rusiyalı sərhədçilərin dayandığını nəzərə alın” şəklindədir. Paşinyan bundan da çıxış yolu tapa bilər. Baş nazir necə ki, İrəvan hava limanında xidmət edən rusiyalı sərhədçiləri evlərinə göndərdi, eləcə də Ermənistan-İran sərhədindəki rusiyalı hərbçilərin xidmətindən imtina edə bilər".
Tahirə AĞAMİRZƏ