Siyasi şərhçi İlyas Hüseynov bildirib ki, Naxçıvanla Azərbaycanın digər ərazilərini birləşdirəcək nəqliyyat əlaqəsinin qurulması regionun inkişafına böyük töhfə verəcək. Azərbaycanla İranın fokuslandığı Şimal-Cənub Nəqliyyat Dəhlizi və digər layihələr regionun inkişafına hesablanıb. Çünki bu dəhliz fars köfrəzini, Qara Dənizlə biləşdirir.
Politoloq daha sonra qeyd edib ki, nəqliyyat və lokistika kommunikasiya bağlantılarının formalaşdırılmasında yeni geosiyasi reallıqlar, əhəmiyyətli rol oynayır: “Eləcə də yeni Şimal-Cənub Nəqliyyat Dəhlizinin istifadəyə verilməsi həm regionun əhəmiyyətini artıracaq, sülhü möhkəmləndirəcək və bölgə xalqlarına rifah bəxş edəcək. Eləcə də yeni geopolitik reallıqlar müsətvisində əməkdaşlıq güclənir və eyni zamanda Bakı ilə Tehran arasında da böyük coğrafiyada tərəfdaşlıq münasibətləri dərinləşir.
Politoloq daha sonra bildirib ki, Qarabağın işğaldan azad olunması və burada yeni infrastrukturun qurulması və yeni nəqliyyat imkanları yaradır. İran da təbii olaraq başa düşür ki, bu imkanlardan faydalanmaq lazımdır: “Bunlardan biri Kəlbəcər-Laçın, Gəncə-Gürcüstan marşrutudur. Digəri isə daha çox Şərqi Zəngəzur,Qarabağ bağlantısı vasitəsilə məhz yeni geosiyasi reallıqlarda onları legitimləşdirilməsi və beynəlxalq miqyasda tanınması baxımından bu marşrutlar diqqət çəkir. Ermənistan sülh kəsişməsi layihəsini irəli sürürdü və belə görünür ki, İranla Azərbaycan arasında hazırda daha da möhkəmlənən isti münasibətlər bu layihəni də üstələyir. Bizim irəli sürdüyümüz təkliflər daha rentabelli, daha cəlbedici və daha da uyğun hesab edilir. Bunun nəticəsində də düşünürəm ki, qarşıdakı dövrdə sadalanan layihələrin impilementasiyasi regionda təhlükəsizlik sisteminin daha da güclənməsinə, sülh arxitekturasının inkişafına xidmət edəcəkdir. Dövlətlərarası bağlantılar daha da güclənəcəkdir”.
İrandan gələn yük maşınıları Azərbaycanın müxtəlif ərazilərindən keçən nəqliyyat dəhlizilə Qara Dənizə çatacaq. Bununla da Ermənistanın İrana təklif etdiyi nəqliyyat marşurutu əhəmiyyətini itirmiş olacaq.
Tahirə AĞAMİRZƏ